Nazirlik meşə qıranlara qarşı qəti və barışmaz mübarizəni davam etdirəcək

Meşələrdə ağacların möhtəkirlər tərəfindən kəsilməsi hallarının qarşısının birmənalı alınması, yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət olunması məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən növbəti görüş Quba Rayon İcra Hakimiyyətində keçirilib.

13 iyun 2018-ci il tarixində keçirilən görüşdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin səlahiyyətli şəxsləri, rayon İcra Hakimiyyətinin rəsmiləri, Fövqəladə Hallar Nazirliyinin Regional İdarəsinin, yerli hüquq-mühafizə orqanlarının əməkdaşları, ictimaiyyət və bələdiyyə nümayəndələri iştirak edib.

Meşələrin mühafizəsi, rayon ərazisindəki meşələrdə qanunsuz qırıntı hallarının qətiyyətlə qarşısının alınması, bu sahəyə cavabdeh şəxslərin və ictimaiyyət nümayəndələrinin məsuliyyətinin daha da artırılması məsələsi görüşün əsas müzakirə mövzusu olub. Nazirlik tərəfindən meşələrə qənim kəsilənlərə qarşı qəti və barışmaz tədbirlərin görüləcəyi bildirilib.

Görüşün nəticəsi olaraq rayon ictimaiyyəti tərəfindən meşə ərazilərində ciddi ictimai nəzarətin təşkilinə dair qərar qəbul edilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən aldığımız məlumata görə, nazirlik tərəfindən digər rayonlarda da meşələrin mühafizəsi, qanunsuz qırıntıların qarşısının alınması və bu istiqamətdə qəti tədbirlərin görülməsi məqsədilə görüşlərin təşkili davam etdiriləcək.  

Qəzənfər QASIMOV,
“Xalq  qəzeti”

 

                                                

 

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında