Şikayət yerində araşdırılıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Abşeron rayonu, Ceyranbatan qəsəbəsi ərazisində məişət tullantılarının qalaqlanması ilə bağlı daxil olan şikayət Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən yerində araşdırılıb.

Araşdırma zamanı tullantıların əraziyə Samur-Abşeron Kanalı İstismar və Ceyranbatan Su Təchizatı İdarələrinin işçiləri və torpaq mülkiyyətçisi tərəfindən atıldığı məlum olub.

Faktlarla bağlı Samur-Abşeron Kanalı İstismar İdarəsinin nəzarətçisi Aqil Əsgərov, Ceyranbatan Su Təchizatı İdarəsinin nəzarətçisi Tural Rzayev və torpaq mülkiyyətçisi Xudaqulu Məmmədov barəsində protokollar tərtib olunub və qanun pozucuları ümumilikdə 2100 manat məbləğində cərimə ediliblər.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, tullantıların ərazidən təmizlənməsi üçün Samur-Abşeron Kanalı İstismar və Ceyranbatan Su Təchizatı İdarələrinə icrası məcburi olan müddətli “məcburi göstəriş” verilib.

                 Qəzənfər  QASIMOV,

                   “Xalq  qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında