Biləsuvarda ekoloji təlimlər keçirilib

Üç gün ərzində Biləsuvar rayonunda Azərbaycan Skautlar Assosiasiyası tərəfindən “Skautlar təbiətin dostudur!” adlı ekoloji tədbirlərin təşkili” layihəsi çərçivəsində skaut liderləri üçün ekoloji təlimlər keçirilmişdir.

Təlimlər çərçivəsində iştirakçılar müəyyən edilmiş ərazidə küknar ağacları əkmişlər. Sonra “Təkrar emal (art)” adlı təlim,“Qorumaq üçün tanımaq lazımdır, Təbiəti tanı!” , “Bionika, Təbiətdən motivasiya”, “No plastic” təlimləri icra olunmuşdur. Daha sonra Biləsuvar Yanğından Mühafizə Hissəsi rəsmilərinin iştirakı ilə “Ətraf mühitin mühafizəsi” adlı təlim keçirilmişdir. Bu zaman iştirakçılar meşə ərazisində imitasiya yanğınının söndürülməsi prosesində iştirak etmişlər. Skautlar şəhər gəzintisi zamanı Biləsuvarın görməli yerlərində olmuş, Milli Qəhrəman Mübariz İbrahimovun ev muzeyinə getmişlər. Sonda təlim proqramı iştirakçılarına sertifikatlar, könüllülərə isə təşəkkürnamələr təqdim edilmişdir.   

Əli NƏCƏFXANLI,
“Xalq qəzeti”nin bölgə müxbiri

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında