Hindistan səfiri: Plastiklərdən istifadəni azaltmaq üçün birgə fəaliyyətə ehtiyac var

Hindistanın Bakıdakı səfirliyi Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzinin, Milli Elmlər Akademiyasının Mərdəkan qəsəbəsində yerləşən Dendroloji parkının və tələbələrin iştirakı ilə 5 iyun - Ümumdünya Ətraf Mühit Günü münasibətilə ağacəkmə aksiyası keçirib.
Səfirlikdən  verilən xəbərə görə, aksiyada iştirak edən səfir Sanjay Rana  bildirib ki, 2018-ci ildə Ümumdünya Ətraf Mühit Gününün mövzusu “Plastik tullantılarla çirklənməyə son qoymaq” seçilib: “Bu mövzu təbii məkanlarımıza, canlı təbiətimizə və öz sağlamlığımıza qarşı plastik çirklənmənin ağır yükünü azaltmaq üçün hər kəsi gündəlik həyatda dəyişikliklər edə biləcəyini düşünməyə dəvət edir. Biz ciddi neqativ ekoloji nəticələrə səbəb olan plastikləri çox arxayn istifadə etməyə başlamışıq”.
Səfir plastiklərdən istifadəni azaltmaq üçün birgə fəaliyyət göstərməyə ehtiyac olduğunu bildirib.

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında