Azərbaycanda ceyranların sayı 7 minə çatıb

Ceyranların balalama dövrü başa çatmaq üzrədir. Havaların mülayim keçdiyi illlərdə ceyranların artımı mart-aprel aylarında, nisbətən soyuq hava şəraitində isə aprel ayından iyunun əvvəlinə qədər davam edir.

XX əsrin 40-cı illərinədək ceyranlar respublikanın Acınohur, Kürəkçay vadisində, Eldar düzündə, Sarıca, Qarabağ, Mil, Muğan, Şirvan düzlərində, Qobustan çöllərində geniş yayılıb. 1960-cı illərə qədər ceyranların sayı kəskin azalmağa başlayıb.

Lakin Azərbaycan Respublikası Prezidentinin 2003-cü il sərəncamı ilə Şirvan Milli Parkı yaradıldıqdan sonra ceyranların nəslinin kəsilməsi təhlükəsi aradan qaldırılıb və hazırda Azərbaycanda ən böyük ceyran populyasiyasının yayıldığı ərazi Şirvan Milli Parkıdır.

May ayından Şirvan Milli Parkının ərazisində ceyranların balalama dövrü başlayıb. Hazırda Milli Parkda yeni doğulmuş ceyran balaları müşahidə edilir.

Ceyranların say tərkibinin tədricən çoxalması nəzərə alınaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Heydər Əliyev Fondu, İDEA Kampaniyası və Ümumdünya Vəhşi Təbiəti Mühafizə Fondunun (WWF) Azərbaycan Nümayəndəliyinin əməkdaşlığı ilə “Azərbaycan Respublikası ərazisində ceyranların mühafizəsi, reintroduksiyası və tarixi areallarının yenidən bərpası” layihəsi çərçivəsində 179 baş ceyran tarixi ərazilərinə reintroduksiya olunub.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatına görə,hazırda Azərbaycan Respublikasında ceyran populyasiyasının sayının 7 min başa qədər olduğu müəyyən edilib.

                Qəzənfər  QASIMOV,

                Xalq  qəzeti”

             


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında