Umayra Tağıyeva:“İyunun 1-dən hava yenidən sərinləşəcək”

İlkin proqnozlara görə, iyunun 1-i axşamdan başlayaraq, ölkə ərazisində temperatur yenidən enəcək.

 Strateq.az saytı yazır ki, bunu  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin İctimai təşkilatla iş, ekoloji maarifləndirmə və elm sektorunun müdiri Umayra Tağıyeva bildirib.

Nazirlik rəsmisinin sözlərinə görə, iyunun 1-də gündüz 28-30 dərəcə isti olacağı gözlənilir. Lakin iyunun 1-i axşamdan başlayaraq temperatur 3-5 dərəcə enəcək, nəticədə iyunun 2-3-də Bakı və Abşeron yarımadasında nisbətən sərin hava şəraiti müşahidə ediləcək. Həmin günlərdə temperaturun müsbət 22-25 dərəcə olacağı gözlənilir. U.Tağıyeva qeyd edilən müddətdə respublikanın rayonlarında da sərin hava şəraitinin gözlənildiyini söyləyib.

Sektor müdiri əlavə edib ki, iyunun 5-dən temperatur yenidən yüksələcək.

 

Z. BƏŞİRQIZI,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında