Ekologiya və təbii sərvətlər naziri İsrailin Azərbaycandakı səfiri ilə görüşüb

 Ekologiya və Təbii Sərvətlər   Nazirliyində nazir Muxtar Babayevlə İsrailin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Dan Stav arasında tanışlıq görüşü keçirilib.

Görüşdə ətraf mühit, su bioresurslarının davamlı idarə edilməsi və ekoloji monitorinq sahəsində fikir mübadiləsi aparılıb, gələcək əməkdaşlığın perspektivləri müzakirə edilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən aldığımız məlumata görə, görüş zamanı nazir M.Babayev İsrailin ətraf mühitin  qorunması nazirini 14-16 noyabr 2018-ci il tarixlərində  Bakı şəhərində  keçiriləcək  “Caspian Ecology” 9-cu Azərbaycan Beynəlxalq Ətraf Mühit sərgisinə və sərgi çərçivəsində təşkil olunacaq Qafqazda ceyranların tarixən məskunlaşdığı ərazilərin bərpası mövzusunda beynəlxalq konfransa, dəniz ekosistemlərinin qorunmasına dair Beynəlxalq Foruma dəvət edib.

           Qəzənfər  QASIMOV,

           “Xalq  qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında