Hirkan meşələrinin adaptasiya potensialının gücləndirilməsi

AMEA Mərkəzi Nəbatat Bağı, Almaniyanın Frayburq və İranın İslam və Gilan universitetlərinin təşkilatçılığı ilə “Sosial ehtiyaclara və ətraf mühit amillərinin dəyişilməsinə qarşı Hirkan meşələrinin adaptasiya potensialının gücləndirilməsi” adlı layihəsi çərçivəsində beynəlxalq seminar keçirilib.

 

www.science.gov.az saytının məlumatına görə, tədbirdə Genetik Ehtiyatlar İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Zeynal Əkpərov çıxış edərək seminarın müasir dövr üçün mühüm əhəmiyyət kəsb edən mövzuya həsr olunduğunu bildirib. O, Azərbaycan, Almaniya və İran alimlərinin birgə əməkdaşlığı çərçivəsində baş tutan seminarın işində dünyanın aparıcı ölkələrindən olan mütəxəssislərin də iştirak etdiyini diqqətə çatdırıb.

Sonra çıxış edən Mərkəzi Nəbatat Bağının direktoru, biologiya üzrə fəlsəfə doktoru Vahid Fərzəliyev son illərdə rəhbərlik etdiyi qurumda Hirkan meşələrinin öyrənilməsi ilə bağlı geniş elmi-tədqiqat işlərinin aparıldığını diqqətə çatdırıb. Bildirib ki, bu istiqamətdə Mərkəzi Nəbatat Bağının alimləri dünyanın bir sıra ölkələrində təcrübə keçərək müəyyən bilik və təcrübə əldə ediblər.

Tədbirdə çıxış edən Botanika İnstitutunun direktoru, akademik Validə Əlizadə Hirkan meşələrindəki relikt və endemik bitki növlərinin mühafizəsinin, burada müasir idarətmə üsullarının tətbiqinin və biomüxtəlifliyin qorunmasında müasir yanaşmaların öyrənilməsinin zəruriliyini qeyd edib.

Beynəlxalq seminarda "Hirkan meşələrinin dayanıqlı idarə olunması", "İqlim dəyişkənliyinin Hirkan meşələrinin ekosisteminə və milli dayanıqlıq strategiyasına təsiri", "Hirkan meşələrinin idarə olunmasında Azərbaycanın siyasəti" və digər mövzularda məruzələr dinlənilib, müzakirələr aparılıb.

Əlipənah BAYRAMOV,
“Xalq qəzeti”

 

 

 

                                                    

 

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında