Dağlıq ərazilərə qar yağıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən verilən xəbərə görə, ölkə ərazisində mayın 11-i gün ərzində, 12-si səhərədək hava şəraiti qeyri-sabit olub, şimşək çaxıb, arabir yağış yağıb, bəzi yerlərdə intensiv olub, dolu düşüb, dağlıq ərazilərdə qar yağıb. Zaqatalada saat 15:08 radələrində dolu düşüb.

Yağan intensiv yağış nəticəsində bəzi dağ çaylarında sululuq artıb, Gorançay, Talaçay çaylarında daşqın və sel olub.      

Düşən yağıntının miqdarı Böyük Qafqazda 3-5 mm, Zaqatalada 120 mm (aylıq normanın 105 %-i), Balakəndə 57 mm, Sarıbaşda 51 mm, Kiçik Qafqazda 4-11, Mərkəzi Aran rayonlarında 2-9, Qazax-Gəncə zonasında 3-57, Lənkəran-Astara zonasında 1-2, Kiçik Qafqazda 4-11, Naxçıvan MR-da 1-9, Bakıda və Abşeron yarımadasında 0,6 mm təşkil edib.

Havanın temperaturu mayın 11-də Bakıda iqlim normasından 3,5 dərəcə yuxarı olub, havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 19-24, aran rayonlarında 22-27, dağlıq rayonlarda 12-16, Naxçıvan MR-da 16-21 dərəcə isti təşkil edib.

Qəzənfər QASIMOV,
“Xalq qəzeti”

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında