Binəqədi rayonunda keçirilən iməcilikdə 5 min ağac və gül kolu əkilib

Binəqədi rayonunda ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr edilən iməcilik keçirilib.

Rayon icra hakimiyyətinin dəstəyi ilə reallaşan iməcilikdə Yeni Azərbaycan Partiyası rayon təşkilatının fəal gəncləri, bələdiyyə nümayəndələri və orta ümumtəhsil məktəblərinin şagirdləri iştirak ediblər.

İməcilik zamanı 5 mindən çox ağac və gül kolu əkilib, eyni zamanda, ərazidəki divarlar rənglənib, səliqə-sahman işləri aparılıb.

İməcilikdən sonra rayondakı 30 nömrəli məktəbin şagirdlərinin iştirakı ilə flaşmob keçirilib, 6 nömrəli Uşaq və Gənclərin İnkişaf Mərkəzinin rəqs kollektivi müxtəlif rəqs nümunələri ifa edib.

“Xalq qəzeti”

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında