Ağac kəsintisi ilə bağlı materiallar polis şöbəsinə göndərilib

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə növbəti reyd keçirilib.

Reyd zamanı Gəncə-Yevlax magistral avtomobil yolunun kənarında yaş köküstə  3-4 sm diametrliyində 35 ədəd şam ağacının kökündən çıxarılaraq aparıldığı aşkar olunub. Faktla bağlı akt tərtib edilib və təbiətə 8400 manat ziyan dəydiyi məlum olub.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən aldığımız məlumata görə, ağacların kim tərəfindən çıxarılaraq aparıldığının müəyyən edilməsi və barəsində qanunamüvafiq tədbirlərin görülməsi üçün toplanmış materiallar Gəncə şəhəri Kəpəz Rayon Polis Şöbəsinə göndərilib.

            Qəzənfər  QASIMOV,

            “Xalq  qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında