Yeni Zelandiyada nəhəng çat əmələ gəlib

Yeni Zelandiyadakı fermalardan birində dərinliyi altımərtəbəli bina və uzunluğu iki futbol meydançası boyda olan nəhəng çat əmələ gəlib.

Naxcivantv.az xəbər verir ki, Rotorua yaxınlığında meydana gələn çat bir neçə gün davam edən leysan yağışlardan sonra yaranıb.

“Tomo” adı almış çatın yerləşdiyi fermanı idarə edən Kolina Termeyn bildirdiyinə görə, onun aprelin 30-da meydana gəldiyi güman olunur. Çatın uzunluğu 180 metrə, eni və dərinliyi isə 20 metrə bərabərdir.

Bu, son illər fermanın ərazisində yaranan doqquzuncu çatdır. Yeni Zelandiyanın GNS Science mərkəzinin vulkanoloqu Bred Skott “Newshub” telekanalına müsahibəsində bildirib ki, bu onun indiyədək gördüyü ikinci nəhəng çatdır.

“Tomo” çatı alimlərin də böyük marağına səbəb olub. Çatın sonuncu dəfə 60 min il bundan əvvəl püskürmüş qədim vulkan kraterinin üzərində yerləşdiyi bildirilir.

İsaq Əmənullayev,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında