3 ayda təbiətə 91 min manat ziyan dəyib

 Ekoloji qanunvericiliyi pozan şəxslər haqqında polisə müraciət edilir. Gecə vaxtı qanunsuz ağac kəsən və ya ətraf mühitə məişət tullantıları tökən şəxsin tapılması üçün də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları hüquq-mühafizə orqanlarına xəbər verirlər. İlin əvvəlindən bu günə qədər xeyli şəxs belə faktlara görə cərimə edilib.

Bu ilin üç ayı ərzində təbiətə 91 min manatdan çox ziyan dəyib.  Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova deyib. Onun sözlərinə görə, ekologiyaya vurulmuş ziyan əsasən təbiətə atılan məişət tullantıları və ağac kəsimi ilə bağlıdır.

Məlumata görə, qanunsuz ağac kəsimi və ətraf mühitə məişət tullantılarının atılması ən çox paytaxtın Qaradağ, Nəsimi və Suraxanı rayonlarında aşkar edilib. Bu ilin üç ayı ərazində Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən respublika üzrə belə faktlara görə 819 akt tərtib edilib və 169 min 156 manat cərimə yazılıb. İradə İbrahimova onu da bildirdi ki, yazılan cərimələr ərazidə əməkdaşlar tərəfindən aşkar edilənlərdir. Elə bunun nəticəsidir ki, təbiətə dəymiş ziyanla bağlı polisə 88, prokurorluq orqanlarına 41, məhkəmə icra şöbələrinə isə 65 iş göndərilib. Həmin faktlar hazırda araşdırılır.İradə İbrahimova onu da qeyd etdi ki, yazılan aktlar və hüquq-mühafizə orqanlarına göndərilən işlər ötən illərlə müqayisədə dəfələrlə azalıb.

Qeyd edək ki, bu işdə insanlar özləri də maraqlı olmalıdırlar. Qanunsuz ağac kəsmə və ya ətrafa tullantı atma faktları ilə rastlaşan şəxslər buna mane olmaqla yanaşı, həm də ''168'' qaynar xəttə məlumat verə bilərlər.

M.MÜKƏRRƏMOĞLU,
”Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında