Zəlzələnin baş vermə səbəblərinə həsr olunan seminar-məşğələ

AMEA Rəyasət Heyəti aparatının İkinci xüsusi şöbəsində növbəti seminar-məşğələ keçirilib.

AMEA-nın elmi müəssisə və təşkilatlarının Mülki Müdafiə (MM) qərargah rəislərinin iştirak etdiyi tədbiri şöbənin rəisi Eldar Quliyev açaraq gündəlikdə duran məsələləri diqqətə çatdırıb. www.science.gov.az saytı yazır ki, növbəti məşğələ "Zəlzələnin baş vermə səbəbləri və zəlzələ zamanı davranış qaydaları"na həsr edilib.

Sonra Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) Seysmologiya şöbəsinin müdiri, geologiya-mineralogiya elmləri doktoru Tahir Məmmədlinin "Zəlzələnin baş vermə səbəbləri"nə dair məruzəsi dinlənilib. Alim bu gün seysmologiya elminin qarşısında duran ən mühüm problemin zəlzələnin proqnozlaşdırılması olduğunu deyib. O, zəlzələlərin baş vermə səbəbinin yer səthində görünən və ya dərinlikdə ehtimal edilən qırılma zonaları ilə əlaqədar olduğunu vurğulayıb.

Sonra RSXM-in Tədris şöbəsinin müdiri Gülnarə Alxanova və elmi işçisi Afaq Ağazadənin "Zəlzələ zamanı davranış qaydaları"na dair məruzəsi dinlənilib. Məruzəni təqdim edən A.Ağazadə bildirib ki, zəlzələdən əvvəl təxliyyə planı və fövqəladə hal çantası hazırlanmalı, təhlükəsiz mövqe təyin edilməlidir.

Məruzələr iştirakçılar tərəfindən maraqla qarşılanıb, mövzular ətrafında fikir mübadiləsi aparılıb.

Əlipənah BAYRAMOV,
“Xalq qəzeti”

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında