“Hər birimiz bir ağac əkək”

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü ilə əlaqədar respublikamızda həyata keçirilən silsilə tədbirlər davam etdirilir. Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi üzrə partiyanın ilk ərazi təşkilatı ilə birlikdə ulu öndərin doğum günü münasibətilə “Hər birimiz bir ağac əkək” – devizi ilə keçirdiyi ağacəkmə aksiyası da həmin tədbirlərin davamı olmuşdur.

YAP Nəsimi rayon təşkilatının sədri, Milli Məclisin deputatı Məlahət İbrahimqızı aksiya iştirakçılarına müstəqilliyimizin möhkəmləndirilməsi Azərbaycanda ictimai-siyasi sabitliyin təmin olunması və dövlətimizin beynəlxalq aləmə inteqrasiyası istiqamətində müdrik dövlət xadimi Heydər Əliyevin müstəsna xidmətlərindən söhbət açmışdır: “Yeni Azərbaycan Partiyasının banisi və yaradıcısı, müasir müstəqil Azərbaycan dövlətinin xilaskarı və qurucusu ulu öndər Heydər Əliyevin mükəmməl inkişaf strategiyası nəticəsində Azərbaycan dünyanın siyasi xəritəsində mövqeyini möhkəmləndirə bilmiş, zaman-zaman qlobal məkanda gedən proseslərin istiqamətverici subyektinə çevrilməyə nail olmuşdur. Heydər Əliyevin sarsılmaz polad iradəsi və qətiyyəti, ölkənin tərəqqisi yolunda yorulmaz fəaliyyəti, dövlət idarəçiliyindəki zəngin təcrübəsi sayəsində müasir Azərbaycan böyük uğurlar qazanmışdır”.

M.İbrahimqızı demişdir ki, Azərbaycan dövlətçiliyini, müstəqilliyimizi əbədi yaşatmaq üçün Heydər Əliyev irsi, onun dövlət idarəçiliyi təcrübəsi misilsiz mənəvi xəzinədir. Bu səbəbdən ümummilli liderimizin zəngin irsi dərindən öyrənilməlidir.

Ağacəkmə aksiyasından söhbət açan təşkilat sədri bu kampaniyanın artıq respublikamızda ənənəyə çevrildiyini diqqətə çatdırmışdır. Bildirmişdir ki, bu önəmli aksiyanın məqsədi ekoloji saflıq, təmizlik, yaşıllığı genişləndirməklə yanaşı, Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA-nın rəhbəri Leyla xanım Əliyevanın ölkəmizdə və beynəlxalq səviyyədə ekologiyanın qorunması, habelə ətraf mühitin mühafizəsi istiqamətində həyata keçirdiyi əhəmiyyətli və böyük layihələrə dəstəkdir.

Aksiya iştirakçıları Zığ dairəsi – Heydər Əliyev adına Beynəlxalq Hava Limanı avtomobil yolunun kənarına minlərlə ağaç, bəzək kolları əkmişlər.

Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında