2018-ci il üçün “Goldman” ekologiya mükafatının nəticələri açıqlanıb

Dünyanın əsas ekologiya mükafatı hesab edilən “Goldman” mükafatının 2018-ci il üçün nəticələri açıqlanıb. www.news.mongabay.com saytı yazır ki,“Goldman” mükafatı 1990-ci ildən başlayaraq hər il Asiya, Afrika, Şimali, Mərkəzi və Cənubi Amerika, eləcə də bəzi ada dövlətlərindən olan təbiətin və ətraf mühitin altı müdafiəçisinə verilir.

Bu ilin “Goldman” ekologiya mükafatına ABŞ-ın Miçiqan ştatının Flint şəhərində tüğyan edən su böhranını ifşa etmiş vətəndaş hərəkatının lideri Lian Valters, Fransada dərin dəniz trolünün dağıdıcı təcrübəsinə qarşı kampaniyaya rəhbərlik edən Kler Nuvian, elektrik enerjisinin istehsalında Vyetnamın kömürdən asılılığını azaltmaq üçün dövlət agentlikləri ilə əməkdaşlığına görə Han Hem Nqui Тhi, Cənubi Afrikadan "Earthlife Africa" könüllü ekoloji qrupunun direktoru Makoma Lekalakala və SAFCEI-ın tədqiqatçı-ekoloqu Liz Makdeyd layiq görülüblər. Həmçinin Kolumbiyada qeyri-qanuni qızıl hasilatının dayandırılmasında əhəmiyyətli rol oynamış La Tome Afro-Kolumbiya icmasının lideri Francia Markez, Filippində qurğuşun boyasına qarşı kampaniyaya liderlik edən ətraf mühit fəalı Menny Kalonzo da mükafatın builki laureatlarıdır.

 

 

                                                                                                 Əlipənah BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında