İqlim dəyişmələrinə dair konfrans keçirilib

AMEA-nın Coğrafiya İnstitutunda (Cİ) "Qafqazın dağlıq regionlarında iqlim dəyişmələrinə uyğunlaşma imkanlarının gücləndirilməsi. Elm və təcrübə arasında qarşılıqlı əlaqənin optimallaşdırılması” mövzusunda elmi-praktiki konfrans keçirilib.   

İnstitutdan aldığımız məlumata görə, tədbirdə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Dövlət Meliorasiya və Su Təsərrüfatı Agentliyi, Dövlət Statistika Komitəsi, biznes sektoru və vətəndaş cəmiyyəti, eləcə də təhsil müəssisələrinin nümayəndələri iştirak ediblər.

Konfransı Qafqaz Dağlıq Regionlarının Elmi Şəbəkəsinin Azərbaycan nümayəndəsi Azər Qarayev açaraq tədbirin əsas məqsədinin elmlə praktikanın vəhdəti, eləcə də bu istiqamətdə yarana biləcək çatışmazlıqların müzakirəsi olduğunu bildirib.

Sonra Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov rəhbərlik etdiyi müəssisənin fəaliyyət istiqamətləri, institutun gələcək regional və beynəlxalq əməkdaşlıq sahəsindəki planları barədə məlumat verib.

Daha sonra Azər Qarayev “Elm və praktika vəhdətinin mövcud vəziyyəti, boşluqların və zəif tərəflərin identifikasiyası və əsas tələbatların müəyyən edilməsi” və Cİ-nin aparıcı elmi işçisi, c.ü.f.d. Rövşən Kərimov “Qafqaz Dağ Forumunda əməkdaşlıq” haqqında təqdimatla çıxış ediblər.

 

         Əlipənah BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında