Torağay palçıq vulkanının püskürməsi ilə bağlı çöl-tədqiqat işləri aparılır

AMEA Geologiya və Geofizika İnstitutunun Palçıq vulkanizmi şöbəsinin əməkdaşları aprelin 22-də Bakı şəhərindən 76 km cənub-qərbdə yerləşən Torağay palçıq vulkanının püskürməsi ilə bağlı çöl-tədqiqat işləri aparıblar.

İnstitutdan alınan məlumata görə, Şamaxı-Qobustan neftli-qazlı rayonunun cənubunda inkişaf tapmış bu vulkan marfometrik göstəricilərinə görə dünyanın ən nəhəng palçıq vulkanı sayılır. Tədqiqatlar zamanı məlum olub ki, Torağay palçıq vulkanının püskürməsi iki fazada (ilkin faza saat 7:58, sonuncu isə 9:45 radələrində) baş verib. Fazaların biri vulkanın şərqində yerləşən eruptiv kanalla əlaqədar olub, digər püskürmə isə qərbdə qeydə alınıb.

İnstitut alimləri son illər Azərbaycan ərazisində müşahidə olunan püskürmələrin sayında və miqyasında qeydə alınan göstəriciləri regionda baş verən geodinamik gərginliklə əlaqələndirirlər.

 

                                                                   Əlipənah BAYRAMOV,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında