Azərbaycanda seysmotomoqrafiya işləri üçün daha 14 stansiya quraşdırılacaq

Azərbaycan və ABŞ seysmoloqlarının “Qafqaz kəsilişi” adlı birgə layihəsi çərçivəsində işlər davam etdirilir. Əsas məqsəd Azərbaycan ərazisində seysmotomoqrafiya işlərinin həyata keçirilməsidir.

 

www.science.gov.az saytının məlumatına görə, layihə çərçivəsində Hacıqabul, Neftçala, Göyçay və Qusar rayonlarında əvvəlcədən yerləşdirilmiş 4 stansiyada texniki yenilənmə işləri aparılıb, həmin stansiyaların məlumatları emal üçün toplanılıb. Bundan başqa, cari ilin avqust ayında İsmayıllı, Quba, və Qusar rayonlarında keçən profil üzrə yerləşdiriləcək daha 14 stansiyanın yerləri müəyyənləşdirilib.

Aparılan seysmotomoqrafiya işlərində amerikalı seysmoloqlar - Missuri Universitetinin professoru Erik Sandvol, Miçiqan Dövlət Universitetinin geoloji elmlər şöbəsinin Seysmoloji laboratoriyasının baş mühəndisi Daniel Burk, Missuri Universitetinin elmi işçisi Utku Koçum, AMEA Respublika Seysmoloji Xidmət Mərkəzinin episentral şöbəsinin müdiri Hidayət Tahirov və həmin mərkəzin beynəlxalq əlaqələr şöbəsinin müdiri Telman Cəfərov iştirak ediblər.

Əlipənah BAYRAMOV,
“Xalq qəzeti”

 

 

 

a


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında