Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

№ 88  

Bakı şəhəri, 12 mart 2018-ci il

“Azərbaycan Respublikasının xarici ölkələrdə və beynəlxalq təşkilatlarda fəaliyyət göstərən diplomatik nümayəndəliklərindəki və konsulluqlarındakı diplomatik xidmət əməkdaşlarına təmsilçilik xərclərinin ödənilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 8 yanvar tarixli 1 nömrəli qərarında dəyişikliklər edilməsi barədə

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində çalışan işçilərin aylıq əməkhaqlarının təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 25 sentyabr tarixli 2462 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 15 noyabr tarixli 3388 nömrəli Sərəncamına əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

“Azərbaycan Respublikasının xarici ölkələrdə və beynəlxalq təşkilatlarda fəaliyyət göstərən diplomatik nümayəndəliklərindəki və konsulluqlarındakı diplomatik xidmət əməkdaşlarına təmsilçilik xərclərinin ödənilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 8 yanvar tarixli 1 nömrəli qərarında aşağıdakı dəyişikliklər edilsin:

1. Adına və 1-ci hissəsinə “əməkdaşlarına” sözündən sonra “və ticarət nümayəndələrinə” sözləri əlavə edilsin.

2. Həmin qərarla təsdiq edilmiş “Azərbaycan Respublikasının xarici ölkələrdə və beynəlxalq təşkilatlarda fəaliyyət göstərən diplomatik nümayəndəliklərindəki və konsulluqlarındakı diplomatik xidmət əməkdaşlarına təmsilçilik xərclərinin ödənilməsi Qaydası” üzrə:

2.1. adına və 1.1-ci bəndinə (hər iki halda) “əməkdaşlarına” sözündən sonra “və ticarət nümayəndələrinə” sözləri əlavə edilsin;

2.2. 1.3-cü bəndinə “nümayəndəliyin” sözündən sonra “və ticarət nümayəndəsi aparatının” sözləri əlavə edilsin;

2.3. 1.4-cü bəndinə “nümayəndəliyin binasında,” sözlərindən sonra “habelə ticarət nümayəndəsi aparatının yerləşdiyi binada,” sözləri əlavə edilsin;

2.4. 2.1-ci bəndə “əməkdaşları” sözündən sonra “və ticarət nümayəndələri” sözləri əlavə edilsin;

2.5. 2.1.2-ci yarımbəndin əvvəlinə “ticarət nümayəndəsinin mənzilində, habelə” sözləri əlavə edilsin;

2.6. 2.1.6-cı yarımbəndə “diplomatların” sözündən sonra “, ticarət nümayəndəsinin” sözləri əlavə edilsin;

2.7. 2.1.7-ci yarımbənddə “və onun” sözləri “, ticarət nümayəndəsinə və onların” sözləri ilə əvəz edilsin;

2.8. 3.1-ci bəndə “əməkdaşlarının” sözündən sonra “və ticarət nümayəndələrinin” sözləri, “əməkdaşı” sözündən sonra “və ticarət nümayəndəsi” sözləri, “mühasibatlığı” sözündən sonra “, ticarət nümayəndəsinə münasibətdə isə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi” sözləri əlavə edilsin;

2.9. 4.1-ci bəndə “Qaydanın” sözündən sonra “1 nömrəli” sözləri əlavə edilsin;

2.10. aşağıdakı məzmunda 4.1-1-ci bənd əlavə edilsin:

“4.1-1. Ticarət nümayəndəsi tərəfindən təmsilçilik xərcləri ilə bağlı hesabat bu Qaydanın 2 nömrəli əlavəsi ilə müəyyən edilən formaya uyğun olaraq hər bir ticarət nümayəndəsi tərəfindən hər ay təsdiqedici sənədlər (hesablar, çeklər və s.) əsasında tərtib olunur və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə təqdim edilir.”;

2.11. 4.2-ci və 4.3-cü bəndlərə “əməkdaşı” sözündən sonra “və ticarət nümayəndəsi” sözləri əlavə edilsin;

2.12. 5.1-ci bəndə (hər iki halda) “əməkdaşlarına” sözündən sonra “ticarət nümayəndələrinə” sözləri, “konsulluğun” sözündən sonra “, habelə ticarət nümayəndəsi aparatının” sözləri əlavə edilsin;

2.13. 5.2-ci bəndə “rəhbəri” sözündən sonra “, ticarət nümayəndəsinə münasibətdə isə ticarət nümayəndəsinin özü” sözləri əlavə edilsin;

2.14. Qaydaya əlavənin yuxarı sağ küncünə “əməkdaşlarına” sözündən sonra “və ticarət nümayəndələrinə” sözləri, “əlavə” sözünün əvvəlinə “1 nömrəli” sözləri əlavə edilsin;

2.15. Qaydaya bu qərarın əlavəsində göstərilən məzmunda 2 nömrəli əlavə daxil edilsin (əlavə olunur).

3. Bu qərar 2017-ci il 15 noyabr tarixindən tətbiq edilir.

Artur Rasi-zadə
Azərbaycan Respublikasının Baş naziri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında