Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

№ 86

Bakı şəhəri, 9 mart 2018-ci il

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 30 may tarixli 126 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Korçay Dövlət Təbiət Qoruğu haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə

 

“Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 31 oktyabr tarixli 835-VQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 14 dekabr tarixli 3492 nömrəli Sərəncamının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 30 may tarixli 126 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 5, maddə 449; 2014, № 10, maddə 1307) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Korçay Dövlət Təbiət Qoruğu haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:

1. 3.2-ci bənddə “Elmi tədqiqat idarələrinin” sözləri “Elmi müəssisə və təşkilatların” sözləri ilə əvəz edilsin.

2. 6.4-cü bənddə “təşkilatlar” sözü “elmi müəssisə və təşkilatlar” sözləri ilə əvəz edilsin.

3. 6.10-cu bənddə “elmi tədqiqat idarələri” sözləri “elmi müəssisə və təşkilatlar” sözləri ilə əvəz edilsin.

Artur Rasi-zadə
Azərbaycan Respublikasının Baş naziri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında