Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

Azərbaycan Respublikasının hüdudlarından kənarda səsvermə təşkil edildiyi hallarda səsvermə hüququna malik şəxslərin seçici siyahılarına daxil edilməsi üçün seçki dairələrinin müəyyən edilməsinə dair

Azərbaycan Respublikası Seçki Məcəlləsinin 29.2-ci maddəsinə və Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının “Azərbaycan Respublikasının hüdudlarından kənarda Azərbaycan Respublikası Prezidentinin seçkilərinin və referendumun təşkili haqqında Təlimat”ına əsasən, Azərbaycan Respublikasının hüdudlarından kənarda yaşayan seçicilər həmin Məcəllənin 47.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla seçki dairələri üzrə seçici siyahılarına daxil edilirlər. Azərbaycan Respublikasının hüdudlarından kənarda daimi yaşayan, yaxud uzunmüddətli xarici ezamiyyətdə olan və Azərbaycan Respublikasının müvafiq diplomatik nümayəndəliklərində və konsul idarələrində qeydə alınmış seçicilərin sayı haqqında məlumatları Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi təqdim edir. Mərkəzi Seçki Komissiyası həmin məlumatlar əsasında prezident seçkilərində (referendumda) göstərilən seçicilərin siyahıya alınması üçün müvafiq seçki dairələrinin siyahılarını təsdiq edir.Yuxarıda qeyd edilənləri əsas götürərək, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci, 28.4-cü, 29.2-ci, 35.6-cı və 47.4-cü maddələrinə əsasən qərara alır:

1. Azərbaycan Respublikasının hüdudlarından kənarda səsvermə təşkil edildiyi hallarda, seçicilərin sayı və təmsilçilik norması əsas götürülərək, səsvermə hüququna malik şəxslərin seçici siyahılarına daxil edilməsi üçün aşağıdakı seçki dairələri müəyyən edilsin:16 saylı Yasamal ikinci;17 saylı Yasamal üçüncü.

2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

Sədr Məzahir  Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında