Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı

№ 80

Bakı şəhəri, 7 mart 2018-ci il

“Azərkosmos” Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsinin və strukturunun təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 23 dekabr tarixli 240 nömrəli qərarında dəyişikliklər edilməsi barədə

“Azərkosmos” Açıq Səhmdar Cəmiyyətinin təsis edilməsi haqqında” Azərbaycan Respublikası Preziden­tinin 2010-cu il 3 may tarixli 885 nömrəli Sərəncamında dəyişikliklər edilməsi barədə” Azərbaycan Respubli­kası Prezidentinin 2017-ci il 17 oktyabr tarixli 3303 nömrəli Sərəncamının 2.2-ci və 2.4-cü bəndlərinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

Azərbaycan Respublikası Nazirlər Kabine­tinin 2010-cu il 23 dekabr tarixli 240 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunveri­cilik Toplusu, 2010, № 12, maddə 1121; 2012, № 9, maddə 918; 2014, № 6, maddə 747, № 9, maddə 1125; 2016, № 3, maddə 581; 2017, № 10, maddə 1882) ilə təsdiq edilmiş “Azərkosmos” Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsi”ndə aşağıdakı dəyişikliklər edilsin:

1. 1.4-cü bənd ləğv edilsin.

2. 1.6-cı bənddə “A.Abbaszadə küçəsi, 2” sözləri “AZ1000, Səbail rayonu, Üzeyir Hacıbəyli küçəsi, 72, M5” sözləri ilə əvəz edilsin.

3. 2.3-cü və 3.1-ci bəndlər aşağıdakı redaksiyada verilsin:

“2.3. Cəmiyyət, üzərində Azərbaycan Respublika­sının Dövlət gerbi təsvir olunmuş və Cəmiyyətin adı göstərilmiş möhürə, blanklara, habelə müvafiq ştamp­lara, emblemə, loqotipə və digər fərqləndirici nişanlara malikdir.

3.1. Cəmiyyətin əsas məqsədləri Azərbaycan Respublikasının telekommunikasiya, Yer müşahidə və digər təyinatlı peyklərinin orbitə çıxarılması, idarə edilməsi və istismarı işlərinin həyata keçirilməsindən, habelə beynəlxalq kosmik layihələr çərçivəsində yerinə yetirilən işlərin əlaqələndirilməsi və onlarda iştirak edilməsi, aidiyyəti beynəlxalq təşkilatlarla, həmçinin xarici dövlətlərin kosmik agentlikləri ilə kosmos­dan dinc məqsədlərlə istifadə sahəsində əməkdaşlıq edilməsindən ibarətdir.”.

4. 3.2-ci bənddən “, sərəncamında (istifadəsində) olan peyk, peyk sistemləri və yerüstü qurğuların istis­marı ilə bağlı” sözləri çıxarılsın.

5. 3.2.1-ci yarımbəndə “şəxslərin” sözündən sonra “, bələdiyyələrin müxtəliftəyinatlı” sözləri və “təmin edilməsi” sözlərindən sonra “, kosmik texnikanın tətbiq olunması və kosmik vasitələrdən istifadə edilməsi” sözləri əlavə edilsin.

6. 3.2.2-ci yarımbənddə birinci halda “peyk” sözü “peyklər” sözü ilə əvəz edilsin və həmin yarımbəndə “qəbuletmə,” sözündən sonra “Yer müşahidə,” sözləri, “xidmətlərin” sözündən sonra “və digər növ peyk xidmətlərinin” sözləri əlavə edilsin.

7. 3.2.3-cü yarımbənddə “telekommunikasiya peyklərinin” sözləri “telekommunikasiya, Yer müşahidə və digər təyinatlı peyklərin” sözləri ilə, “peykin isteh­salçısının” sözləri “zəruri işlərin yerinə yetirilməsi, o cümlədən peyk istehsalçısının” sözləri ilə əvəz edilsin və həmin yarımbəndə “təşkil edilməsi” sözlərindən sonra “, peyk sistemlərinin istismara qəbul edilməsi” sözləri əlavə edilsin.

8. Aşağıdakı məzmunda 3.2.3-1-ci yarımbənd əlavə edilsin:

“3.2.3-1. sosial-iqtisadi inkişaf, kommersiya, elmi fəaliyyət və dövlət məqsədləri üçün müxtəlif hündürlükdə istismar olunan peyklərin, sair aparatların idarə edilməsi;”.

9. 3.2.4-cü yarımbəndə “Azərbaycan” sözündən əvvəl “Azərbaycan Respublikasının kosmik obyektlərinin uçota alınması,” sözləri əlavə edilsin və həmin yarımbənddən “səlahiyyətləri daxilində” sözləri çıxarılsın.

10. Aşağıdakı məzmunda 3.2.4-1-ci və 3.2.4-2-ci yarımbəndlər əlavə edilsin:

“3.2.4-1. “İntersputnik” Beynəlxalq Kosmik Rabitə Təşkilatında, Beynəlxalq Peyk Rabitəsi Təşkilatında, Avropa Peyk Rabitəsi Təşkilatında, Avropa Kosmik Agentliyində, BMT-nin Kosmosdan dinc məqsədlərlə istifadə Komitəsində və digər aidiyyəti beynəlxalq təşkilatlarda Azərbaycan Respublikasının təmsil olun­ması, həmçinin xarici dövlətlərin kosmik agentlikləri və təşkilatları ilə kosmosdan dinc məqsədlərlə istifadə sahəsində əməkdaşlıq edilməsi;

3.2.4-2. kosmosdan dinc məqsədlərlə istifadə sahəsində Azərbaycan Respublikasının tərəfdar çıx­dığı beynəlxalq müqa-vilələrin icrası üçün aidiyyəti olaraq təklif verilməsi və tədbir görülməsi, icranın əlaqələndirilməsi;”.

11. 3.2.5-ci yarımbəndə “peyk sistemlərinin, telekommuni-kasiya peyklərinin” sözləri “telekommu­nikasiya, Yer müşahidə və digər təyinatlı peyklərin və peyk sistemlərinin” sözləri ilə əvəz edilsin və həmin yarımbəndə “rabitə vasitələrinin” sözlərindən sonra “, sosial-iqtisadi təyinatlı kosmik texnikanın, əlaqədar proqram təminatlarının” sözləri əlavə edilsin.

12. 3.2.6-cı yarımbənddə “peykdən” sözü “peyklərdən, peyk sistemləri və yerüstü qurğulardan” sözləri ilə və “əməkdaşlıq edilməsi məqsədi ilə” sözləri “beynəlxalq təşkilatlar, xarici dövlət qurumları və” sözləri ilə əvəz edilsin.

13. 3.2.7-ci yarımbəndə “həyata keçirilməsi,” sözlərindən sonra “kosmik sənayenin və kosmik fəaliyyətin nailiyyətlərinin ölkədə tətbiq edilməsi, kos­mik elm və texnikanın,” sözləri əlavə edilsin.

14. 3.2.10-cu yarımbənddə “şəbəkəsinin” sözü “şəbəkələrinin” sözü ilə əvəz edilsin və həmin yarımbəndə “sisteminin” sözündən sonra “, digər təyinatlı peyk sistemlərinin” sözləri əlavə edilsin.

15. 3.2.12-ci yarımbənddə “peykin” sözü “peyklərin” sözü ilə əvəz edilsin.

16. Aşağıdakı məzmunda 3.2.12-1-ci yarımbənd əlavə edilsin:

“3.2.12-1. kosmik elmin və texnikanın nailiyyətlərinin təbliğ edilməsi, fəaliyyət istiqamətlərinə uyğun olaraq konfranslar, müşavirələr, seminarlar keçirilməsi və digər tədbirlərin ölkədə və xaricdə təşkil edilməsi;”.

17. 3.2.14-cü yarımbənddən “səlahiyyətləri çərçivəsində” sözləri çıxarılsın.

18. 3.2.16-cı yarımbənd aşağıdakı redaksiyada verilsin:

“3.2.16. fəaliyyət istiqamətlərinə aid olan islahat­ların aparılmasına, kosmik tədqiqatların və onların nəticələrinin ölkədə tətbiq edilməsinə dair təkliflərin hazırlanması və Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim olunması;”.

19. 3.2.17-ci yarımbəndə “müvafiq” sözündən sonra “inkişaf konsepsiyaları və” sözləri əlavə edilsin və həmin yarımbənddən “öz səlahiyyətləri daxilində” sözləri çıxarılsın.

20. 3.2.20-ci yarımbənddə “məqsədinə” sözü “məqsədlərinə” sözü ilə əvəz edilsin.

21. Aşağıdakı məzmunda 3.3-cü və 4.9-cu bəndlər əlavə edilsin:

“3.3. Cəmiyyət fəaliyyəti üzrə dövlət və kommer­siya sirrinin, habelə məxfilik rejiminin qorunması üçün tədbirlər görür.

4.9. Cəmiyyət balansında olan dövlət əmlakına münasibətdə səlahiyyətlərini “Dövlət əmlakının qorunub saxlanılması və səmərəli istifadə edilməsinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respub­likası Prezidentinin 2007-ci il 6 iyun tarixli 586 nömrəli Fərmanı ilə müəyyən edilmiş qaydada həyata keçirir.”.

22. 5.4-cü bənddə və 7.5.8-ci, 7.5.9-cu, 7.5.10-cu və 8.1.5-ci yarımbəndlərdə “Nazirliyə” sözü “Azərbaycan Respublikasının Nazirlər Kabinetinə” sözləri ilə əvəz edilsin.

23. 7.2-ci bənddə “İdarə Heyəti qanunvericiliklə və bu Nizamnamə ilə müəyyən olunmuş səlahiyyətləri daxilində” sözləri “Azərkosmos” Açıq Səhmdar Cəmiyyətinin təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 3 may tarixli 885 nömrəli Sərəncamı və Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə Cəmiyyətin səhmdarlarının ümumi yığıncağına, habelə bu Nizamnamə ilə Cəmiyyətin sədrinə verilmiş səlahiyyətlər istisna olmaqla, İdarə Heyəti” sözləri ilə əvəz edilsin.

24. 7.3-cü bənddən “Nazirlik tərəfindən vəzifəyə təyin olunan və vəzifədən azad edilən” sözləri çıxarıl­sın.

25. 7.5.2-ci yarımbəndə “Cəmiyyətin” sözündən sonra “əməkhaqqı sistemini müəyyən edir,” sözləri əlavə edilsin.

26. Aşağıdakı məzmunda 7.5.2-1-ci və 7.5.2-2-ci yarımbəndlər əlavə edilsin:

“7.5.2-1. Azərbaycan Respublikasının Nazirlər Ka­bineti tərə-findən müəyyən edilən inkişaf istiqamətləri əsasında Cəmiyyətin perspektiv inkişaf planını təsdiq edir;

7.5.2-2. Cəmiyyətin struktur bölmələrinin, filial və nümayən-dəliklərinin əsasnamələrini, tabeliyində olan hüquqi şəxs statuslu qurumların nizamnamələrini qanunvericiliyə uyğun olaraq təsdiq edir;”.

27. 7.5.7-ci yarımbənd aşağıdakı redaksiyada verilsin:

“7.5.7. Cəmiyyətin inkişaf istiqamətləri, digər hüquqi şəxslərə kapital qoyuluşu, bu Nizamnamədə dəyişikliklər edilməsi, fəaliyyət istiqamətlərinə aid olan sahədə qanunvericilik aktlarının təkmilləşdirilməsi, Azərbaycan Respublikasının beynəlxalq müqa-vilələrə qoşulması, kosmik proqram və layihələrin büdcədən maliyyələşdirilməsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təkliflər verir;”.

28. 7.5.11-ci yarımbəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 7.5.12-ci yarımbənd əlavə edilsin:

“7.5.12. fəaliyyət istiqamətlərinə aid olan sahədə fərqlənmiş şəxslərə fəxri adların və digər təltiflərin verilməsi barədə aidiyyəti qurumlara təqdimat verir.”.

29. 7.7-ci bəndə “qərarları” sözündən sonra “üzvlərinin” sözü əlavə edilsin.

30. 8.1.6-cı yarımbənddə “telekommunikasiya peyklərinin” sözləri “telekommunikasiya, Yer müşahidə və digər təyinatlı peyklərin” sözləri ilə əvəz edilsin.

31. 8.1.8-ci yarımbəndə “Cəmiyyətin” sözündən sonra “aparatının ştat cədvəlini,” sözləri əlavə edilsin.

32. 8.1.7-ci yarımbənd ləğv edilsin.

33. 8.1.11-ci yarımbənddə “Nazirliklə” sözü “Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə” sözləri ilə əvəz edilsin.

34. 8.1.14-cü yarımbənddən “öz səlahiyyətləri daxilində” və “və Nazirliyinin əmr və sərəncamlarının” sözləri çıxarılsın.

35. 8.2-ci bənd aşağıdakı redaksiyada verilsin:

“8.2. Cəmiyyətin sədri öz vəzifələrini yerinə yetirə bilmədikdə, ezamiyyətdə və ya məzuniyyətdə olduqda, onun səlahiyyətlərinin müvəqqəti olaraq icrası Cəmiyyətin sədri tərəfindən təsdiq edilmiş vəzifə bölgüsünə əsasən həyata keçirilir.”.

36. 11.2.1-ci yarımbənddə “verilməsi, balansında olan əsas vəsaitlərin silinməsi barədə müəyyən edilmiş qaydada Nazirliyə təkliflər” sözləri “verilməsinə razı­lıq” sözləri ilə əvəz edilsin.

Artur RASI-ZADƏ
Azərbaycan Respublikasının Baş naziri

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında