Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

№ 72

Bakı şəhəri, 2 mart 2018-ci il

Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) İdarə Heyəti üzvlərinin və digər işçilərinin əməkhaqlarının təsdiq edilməsi barədə

 

“Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 19 dekabr tarixli 1740 nömrəli Fərmanının 4.4-cü bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

1. “Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) İdarə Heyəti üzvlərinin və digər işçilərinin aylıq vəzifə maaşlarının sxemi” təsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) İdarə Heyəti üzvlərinin və digər işçilərinin aylıq vəzifə maaşlarına elmlər doktoru elmi dərəcəsi üzrə 100 manat, fəlsəfə doktoru elmi dərəcəsi üzrə isə 60 manat məbləğində əlavələr ödənilsin.

3. “Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin aylıq vəzifə maaşları haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 25 sentyabr tarixli 263 nömrəli qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 9, maddə 1138; 2014, № 7, maddə 916, № 8, maddə 1016, № 10, maddə 1325; 2015, № 3, maddə 335, № 6, maddə 775; 2016, № 2 (II kitab), maddə 393, № 3, maddə 626, № 11, maddə 1976; 2017, № 4, maddə 645, № 6, maddə 1234, № 9, maddə 1733; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 noyabr tarixli 491 nömrəli və 2018-ci il 16 yanvar tarixli 15 nömrəli qərarları) aşağıdakı dəyişikliklər edilsin:

3.1. 1-ci hissədə “1-22” rəqəmləri “1-9, 11-22” rəqəmləri ilə əvəz edilsin;

3.2. 2-ci hissədə “və 8-22-ci” sözləri “, 8-9-cu və 11-22-ci” sözləri ilə əvəz edilsin;

3.3. qərara 10 nömrəli əlavə – “Azərbaycan Dövlət Teleqraf Agentliyinin (AZƏRTAC) işçilərinin aylıq vəzifə maaşlarının sxemi” ləğv edilsin.

4. Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) və Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu qərardan irəli gələn məsələləri həll etsinlər.

Artur Rasi-zadə
Azərbaycan Respublikasının Baş naziri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında