Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

№ 55 

Bakı şəhəri, 19 fevral 2018-ci il

“Ali təhsilin magistratura səviyyəsi üzrə ixtisasların (ixtisaslaşmaların) Təsnifatı”nın, “Rezidenturada həkim-mütəxəssis hazırlığı aparılan ixtisasların Təsnifatı”nın və “Azərbaycan Respublikası Nazirlər Kabinetinin qüvvədən düşmüş bəzi qərarlarının Siyahısı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 14 iyun tarixli 95 nömrəli qərarında dəyişikliklər edilməsi barədə

 

“Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli 156 nömrəli Fərmanına əsasən, Azərbaycan Respublikası Təhsil Nazirliyinin təklifini nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 14 iyun tarixli 95 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 6, maddə 568; 2012, № 4, maddə 388, № 5, maddə 492; 2013, № 3, maddə 331, № 8, maddə 1003; 2015, № 6, maddə 787; 2016, № 3, maddə 620; 2017, № 2, maddə 289, № 3, maddə 492, № 9, maddə 1735) ilə təsdiq edilmiş “Ali təhsilin magistratura səviyyəsi üzrə ixtisasların (ixtisaslaşmaların) Təsnifatı”nda aşağıdakı dəyişikliklər edilsin:

1. “2. Humanitar və sosial ixtisaslar qrupu” bölməsinin “060212 Hüquqşünaslıq” ixtisasına “- İnformasiya hüququ” sətrindən sonra “- İnzibati hüquq, inzibati proses, iqtisadi və maliyyə hüququ”, “- Tibbi hüquq”, “- Əqli mülkiyyət hüququ”, “- Əmək hüququ: sosial təminat hüququ”, “- İdman hüququ” və “- Turizm hüququ” sətirləri əlavə edilsin.

2. “3. Mədəniyyət və incəsənət ixtisasları qrupu” bölməsinin “060307 Musiqişünaslıq” ixtisasına “- Musiqi nəzəriyyəsi” sətrindən sonra “- Musiqi texnologiyaları” sətri əlavə edilsin.

3. “4. İqtisadiyyat və idarəetmə ixtisasları qrupu” bölməsinin “060412 Davamlı inkişafın idarə edilməsi” ixtisasına “- Davamlı inkişafın siyasi idarə edilməsi”, “- Davamlı inkişafda insan potensialı”, “- Davamlı inkişafın planlaşdırılması”, “- Davamlı insan inkişafı” və “- Davamlı inkişafda təbii ehtiyatların idarə edilməsi” sətirləri əlavə edilsin.

4. “5. Təbiət ixtisasları qrupu” bölməsinin “060503 Fizika” ixtisasına “- Atom və nüvə fizikası” sətrindən sonra “- Kosmologiya” sətri əlavə edilsin.

5. “8. Səhiyyə, rifah və xidmət ixtisasları qrupu” bölməsinin “060805 Sosial iş” ixtisasına “- Həyat fəaliyyətinin müxtəlif sahələrində sosial iş” sətrindən sonra “- Gənclərlə iş” sətri əlavə edilsin.

Artur Rasi-zadə
Azərbaycan Respublikasının Baş naziri 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında