Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

№ 48

Bakı şəhəri, 13 fevral 2018-ci il

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 8 fevral tarixli 40 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul Qaydaları”nda dəyişikliklər edilməsi barədə

 

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq və Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin təklifinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA  ALIR:

 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 8 fevral tarixli 40 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 2, maddə 293) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:

1. 2.1-ci bəndin ikinci cümləsində “səhifəsində” sözü “saytında” sözü ilə əvəz edilsin.

2. 3.3-cü bənddə “namizədlər” sözü “bakalavrlar” sözü ilə əvəz edilsin.

3. 3.5-ci bəndə “magistraturalarına” sözündən sonra “və Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının magistraturasının tədrisi ingilis dilində olan “İdman jurnalistikası”, “Menecment (idman sahəsi üzrə)”, “İdman tibbi və reabilitasiya” ixtisaslaşmalarına” sözləri əlavə edilsin.

4. 4.1-ci bəndin ikinci cümləsində “namizədlər” sözü “bakalavrlar” sözü ilə əvəz edilsin.

5. 4.2-ci bənddə “ixtisas” sözü “ixtisaslaşma” sözü ilə əvəz edilsin.

6. 4.5-ci bənd aşağıdakı redaksiyada verilsin:

“4.5. Xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə (jurnalistika ixtisası istisna olmaqla) ixtisas magistraturasının ixtisaslaşmalarını Mərkəz tərəfindən elan edilən müddətdə Mərkəzin rəsmi internet saytında qeydiyyatdan keçən, qabiliyyət imtahanında iştirak edən və həmin imtahandakı nəticəsi müəyyən edilmiş müsabiqə şərtlərinə uyğun olan bakalavrlar, jurnalistika üzrə magistratura ixtisaslaşmalarını isə Mərkəz tərəfindən elan edilən müddətdə Mərkəzin rəsmi internet saytında qeydiyyatdan keçən, qabiliyyət imtahanından “məqbul” qiymət alan, proqram seçimi zamanı jurnalistika üzrə proqramı seçən və ixtisas imtahanının nəticəsi müəyyən edilmiş müsabiqə şərtlərinə uyğun olan bakalavrlar seçə bilərlər.”.

7. 4.6-cı bənddə “ixtisasların” sözü “ixtisaslaşmaların” sözü ilə, “namizəd” sözü “bakalavr” sözü ilə əvəz edilsin.

Artur Rasi-zadə
Azərbaycan Respublikasının Baş naziri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında