Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

№ 38

Bakı şəhəri, 7 fevral 2018-ci il

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 3 mart tarixli 54 nömrəli qərarı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə görə məsuliyyətə cəlb olunmuş şəxslərə qarşı preventiv tədbirlərin həyata keçirilməsi Qaydası”nda dəyişikliklər edilməsi haqqında

 

“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2017-ci il 17 noyabr tarixli 876-VQD nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 29 noyabr tarixli 3423 nömrəli Sərəncamının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 3 mart tarixli 54 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 3, maddə 323) ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə görə məsuliyyətə cəlb olunmuş şəxslərə qarşı preventiv tədbirlərin həyata keçirilməsi Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:

1. 1.3-cü bəndə “cinayətin” sözündən əvvəl “inzibati xətanın və” sözləri, “cinayət əməllərinin” sözlərindən əvvəl isə “inzibati xəta və” sözləri əlavə edilsin.

2. 1.4-cü bənddə “cinayətkar” sözü “hüquqazidd” sözü ilə, “cinayətkarlığın” sözü isə “inzibati xətaların və cinayətlərin” sözləri ilə əvəz edilsin.

3. 2.1.3-cü, 4.1.1-ci, 4.1.4-cü və 4.2.1-ci yarımbəndlərə “cinayətlərin” sözündən əvvəl “inzibati xətaların və” sözləri əlavə edilsin.

4. 2.1.5-ci, 4.3.3-cü, 4.4.2-ci, 4.4.9-cu və 4.13.2-ci yarımbəndlərdə “cinayətlərin” sözü “əməllərin” sözü ilə əvəz edilsin.

5. 3.1.1-ci yarımbəndinə “və cinayətin” sözlərindən əvvəl “, inzibati xətanın” sözləri əlavə edilsin.

6. 4.1.2-ci və 4.3.7-ci yarımbəndlərə “cinayət” sözündən əvvəl “inzibati xəta və” sözləri əlavə edilsin.

7. 4.2.6-cı yarımbəndə “cinayətin” sözündən əvvəl “inzibati xətanın və” sözləri əlavə edilsin.

8. 4.2.8-ci yarımbənddə “cinayət əməllərindən” sözləri “əməllərdən” sözü ilə əvəz edilsin.

9. 4.4.3-cü yarımbənddə “qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri hazırlayan, əldə edən, satan, həkim təyinatı olmadan qəbul edən, belə vasitələrdən istifadəni təbliğ edən və həmçinin narkotik tərkibli bitkilərin əkilib-becərilməsi” sözləri “narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi” sözləri ilə əvəz edilsin.

10. 4.4.5-ci yarımbənddə “həyat və sağlamlığın əleyhinə olan cinayətlərə” sözləri “əməllərə” sözü ilə əvəz edilsin.

11. 4.4.6-cı yarımbənddə “cinayətlərlə” sözü “əməllərlə” sözü ilə əvəz edilsin.

12. 4.5.2-ci yarımbənddə “cinayət fəaliyyətinə” sözləri “əməlləri törətməyə” sözləri ilə əvəz edilsin.

13. 4.5.3-cü və 4.6.6-cı yarımbəndlərdə “cinayət əməllərinin” sözləri “əməllərin” sözü ilə əvəz edilsin.

14. 4.6.1-ci yarımbənddə “cinayətləri” sözü “əməlləri” sözü ilə əvəz edilsin.

15. 4.6.5-ci və 4.7.1-ci yarımbəndlərdə “və psixotrop maddələrin” sözləri “, psixotrop maddələrin və onların prekursorlarının” sözləri ilə əvəz edilsin.

16. 4.8.1-ci yarımbənddə “cinayət əməllərinə” sözləri “əməllərə” sözü ilə əvəz edilsin.

17. 4.12.1-ci yarımbənddən “cinayətlərin və” sözləri çıxarılsın.

Artur Rasi-zadə
Azərbaycan Respublikasının Baş naziri

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında