Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

№ 37

Bakı şəhəri, 7 fevral 2018-ci il

Əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatlar tərəfindən Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyinə ödəniləcək illik haqqın məbləği barədə

 

“Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 6 sentyabr tarixli 1593 nömrəli Fərmanının 3.5-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

1. Əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatlar hesabat ili ərzində müəlliflər və əlaqəli hüquq sahibləri üçün yığdıqları qonorarın 5 (beş) faizi həcmində Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyinə illik haqq ödəsinlər.

2. Əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatlar illik haqqın hər növbəti ilin aprel ayının 1-dək Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyinin hesabına köçürülməsini təmin etsinlər.

Artur Rasi-zadə
Azərbaycan Respublikasının Baş naziri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında