Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

№ 29

Bakı şəhəri, 5 fevral 2018-ci il

“Azərbaycan Respublikası dövlət sərhədinin mühafizəsini gücləndirmək məqsədi ilə əlavə qayda və əsasnamələrin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 9 mart tarixli 140 nömrəli qərarında dəyişiklik edilməsi barədə

“Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası
Prezidentinin 2017-ci il 13 noyabr tarixli 1681 nömrəli Fərmanının 7.3-cü bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

“Azərbaycan Respublikası dövlət sərhədinin mühafizəsini gücləndirmək məqsədi ilə əlavə qayda və əsasnamələrin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 9 mart tarixli 140 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 2, maddə 118, № 6, maddə 442; 2000, № 8, maddə 646; 2003, № 6, maddə 342; 2004, № 9, maddə 750; 2005, № 6, maddə 558, № 11, maddə 1061; 2008, № 11, maddə 1042; 2009, № 1, maddə 34; 2012, № 9, maddə 926; 2014, № 1, maddə 57, № 6, maddə 747; 2016, № 9, maddə 1575; 2017, № 7, maddə 1503; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 6 dekabr tarixli 533 nömrəli qərarı) ilə təsdiq edilmiş 3 nömrəli əlavə - “Azərbaycan Respublikası ərazisinin sanitar mühafizəsi Qaydaları”nın 1.2-ci bəndinə aşağıdakı məzmunda üçüncü abzas əlavə edilsin:

“Dövlət sərhədinin buraxılış məntəqələrindən ölkəyə idxal olunan qida məhsullarının qida təhlükəsizliyi baxımından yoxlanılmasını gömrük orqanları ilə birlikdə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi həyata keçirir.”.

Artur Rasi-zadə
Azərbaycan Respublikasının Baş naziri 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında