Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı

№ 11

Bakı şəhəri, 12 yanvar 2018-ci il

“Hərbi biletlərin formasının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 4 dekabr tarixli 375 nömrəli qərarında dəyişikliklər edilməsi barədə

“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 2 oktyabr tarixli 785-VQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 28 oktyabr tarixli 1643 nömrəli Fərmanının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 4 dekabr tarixli 375 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 12, maddə 1574) ilə təsdiq edilmiş 2 nömrəli əlavə - “Ehtiyatda olan zabitin hərbi biletinin forması”nda aşağıdakı dəyişikliklər edilsin:

1. “Ehtiyatda olan zabitin hərbi biletinin iç üzü”ndə:

1.1. “HƏRBİ BİLET” hissəsində “AR SHXÇDX-nin __________________________idarəsi (şöbə və ya bölməsi)” sözləri “_______________________” sözləri ilə əvəz edilsin;         (hərbi bileti verən orqanın adı)

       1.2. 11-ci və 12-ci bəndlərdə “SHXÇDX-nin __________idarəsi (şöbə və ya bölməsi)” sözləri “__________________________” sözləri ilə əvəz edilsin;                                (hərbi bileti verən orqanın adı)

1.3. XI bölmə üzrə:

1.3.1. 2-ci bənddə “SHXÇDX-nin rayon və şəhər idarələrinə (şöbə və ya bölmələrinə)” sözləri “hərbi bileti verən orqana” sözləri ilə əvəz edilsin;

1.3.2. 3-cü bənddən “yaşayış və ya olduqları yer üzrə SHXÇDX-nin idarələrində (şöbə və ya bölmələrində)” sözləri çıxarılsın;

1.3.3. 7-ci bənddə “yer üzrə SHXÇDX-nin rayon və şəhər idarə (şöbə və ya bölmə) rəisinə” sözləri “orqana” sözü ilə əvəz edilsin;

1.4. hərbi biletin formasının sonuna aşağıdakı məzmunda “Qeyd” əlavə edilsin:

“Qeyd. Ehtiyatda olan zabitin hərbi biletində “hərbi bileti verən orqan” dedikdə, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətindən ehtiyata keçirilmiş zabitlərə münasibətdə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətindən ehtiyata keçirilmiş zabitlərə münasibətdə Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, digər zabitlərə münasibətdə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələri nəzərdə tutulur.”.

Artur RASİ-ZADƏ
Azərbaycan Respublikasının Baş naziri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında