Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

№ 602 

Bakı şəhəri, 28 dekabr 2017-ci il

“İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydaları”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli 186 nömrəli qərarında dəyişikliklər edilməsi haqqında

“İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının 2017-ci il 30 iyun tarixli 765-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 5 avqust tarixli 1569 nömrəli Fərmanının 1.1.3-cü yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

 1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydaları”nın 3.2a bəndində aşağıdakı dəyişikliklər edilsin:

1.1. ikinci abzasda “işsizlik müavinətləri alanlar üçün isə işsizlik müavinətinin ödənilməsinin başlanması, dayandırılması və başa çatdırılması” sözləri “işsizlikdən sığorta ödənişi alanlar üçün isə sığorta ödənişinin başlanması və dayandırılması” sözləri ilə əvəz edilsin;

1.2. üçüncü abzasda “işsizlik müavinəti alanlar üçün isə - müavinətin təyin edilməsi, ödənilməsinin dayandırılması və başa çatması” sözləri “işsizlikdən sığorta ödənişi alanlar üçün isə - sığorta ödənişinin təyin edilməsi və ödənilməsinin dayandırılması” sözləri ilə əvəz edilsin.

2. Bu qərar 2018-ci il yanvarın 1-dən qüvvəyə minir.

 

Artur RASİ-ZADƏ
Azərbaycan Respublikasının
 Baş naziri

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında