Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı

№ 601

Bakı şəhəri, 26 dekabr 2017-ci il

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 13 fevral tarixli 44 nömrəli qərarı ilə təsdiq edilmiş  “İpoteka kağızının dövlət qeydiyyatı Qaydaları”nda dəyişikliklər edilməsi barədə

“İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 2 oktyabr tarixli 794-VQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 17 oktyabr              tarixli 3301 nömrəli Sərəncamının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 13 fevral tarixli 44 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 2, maddə 192, № 5, maddə 461; 2008, № 1, maddə 39; 2009, № 1, maddə 22; 2016, № 3, maddə 614, № 8, maddə 1449, № 10, maddə 1717) ilə təsdiq edilmiş “İpoteka kağızının dövlət qeydiyyatı Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:

1. 1.4-cü bənddə “qeydiyyata” sözü “dövlət qeydiyyatına” sözləri ilə əvəz edilsin.

2. III hissənin adında, 3.1-ci bəndin birinci və ikinci cümlələrində, 3.1.2-ci və 3.1.3-cü yarımbəndlərdə, 3.2-ci bəndin birinci cümləsində, 3.3-cü və 3.4-cü bəndlərdə ismin müvafiq hallarında “əlavə qeydiyyat” sözləri ismin müvafiq hallarında “əlavə dövlət qeydiyyatı” sözləri ilə əvəz edilsin.

3. 3.2-ci bəndin birinci cümləsində və 3.3-cü bənddə “qeydə alındığı” sözləri “dövlət qeydiyyatına alındığı” sözləri ilə əvəz edilsin.

4. 3.4-cü bəndə “kağızının” sözündən sonra “dövlət” sözü əlavə edilsin.

5. 5.2-ci bənddə “Qeydiyyata” sözü “Dövlət qeydiyyatına” sözləri ilə əvəz edilsin.

Artur Rasi-zadə
Azərbaycan Respublikasının Baş naziri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında