Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı

№ 589    

Bakı şəhəri, 21 dekabr 2017-ci il

“Orta ixtisas təhsili müəssisəsinin Nümunəvi Nizamnaməsi”nin və “Azərbaycan Respublikası Nazirlər Kabinetinin dəyişiklik edilmiş bəzi qərarlarının siyahısı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 14 yanvar tarixli 7 nömrəli qərarında dəyişikliklər edilməsi barədə

“Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli 156 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 10 oktyabr tarixli 1633 nömrəli Fərmanının 2.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 14 yanvar tarixli 7 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 1, maddə 60; 2012, № 5, maddə 484, № 6, maddə 625, № 10, maddə 1008; 2013, № 10, maddə 1230; 2015, № 12, maddə 1561; 2016, № 10, maddə 1701, № 12, maddə 2239; 2017, № 4, maddə 640) ilə təsdiq edilmiş 1 nömrəli əlavə - “Orta ixtisas təhsili müəssisəsinin Nümunəvi Nizamnaməsi”nin 3.7-ci bəndində aşağıdakı dəyişikliklər edilsin:

1. On dördüncü abzasın birinci və ikinci cümlələri çıxarılsın.

2. On altıncı abzas aşağıdakı redaksiyada verilsin:

“Ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsinin (attestasiyasının) aparılması qaydaları Azərbaycan Respub-likasının Nazirlər Kabineti, təhsilalanların attestasiyasının aparılması qaydası isə Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən müəyyənləşdirilir.”.

Artur Rasi-zadə
Azərbaycan Respublikasının
Baş naziri

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında