Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

№ 575 

Bakı şəhəri, 21 dekabr 2017-ci il

“Yerləşmə vasitələri hesab edilən mehmanxana tipli obyektlərin və müvəqqəti yaşayış üçün nəzərdə tutulmuş digər tikinti obyektlərinin Siyahısı”nın təsdiq edilməsi barədə

“Azərbaycan Respublikasının Mənzil Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2017-ci il 25 aprel tarixli 632-VQD nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 30 may tarixli 1437 nömrəli Fərmanının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər ­Kabineti QƏRARA ALIR:

“Yerləşmə vasitələri hesab edilən mehmanxana tipli obyekt-lərin və müvəqqəti yaşayış üçün nəzərdə tutulmuş digər tikinti obyektlərinin Siyahısı” təsdiq edilsin (əlavə olunur).

Artur Rasi-zadə
Azərbaycan Respublikasının
Baş naziri

Qeyd: Qərara edilmiş əlavələrin tam mətni ilə  www.cabmin.gov.az və www.xalqqazeti.com saytlarında tanış  ola bilərsiniz.

 

Azərbaycan Respublikası Nazirlər

Kabinetinin 2017-ci il 21 dekabr

tarixli 575 nömrəli qərarı ilə

təsdiq edilmişdir.

 

 

Yerləşmə vasitələri hesab edilən mehmanxana tipli obyektlərin və müvəqqəti yaşayış üçün nəzərdə tutulmuş digər tikinti obyektlərinin

 

Siyahısı

 

Sıra

№-si

Yerləşmə vasitələrinin növləri

1

2

1.

Mehmanxanalar və motellər

2.

Sanatoriyalar

3.

Pansionatlar

4.

Yerləşdirmə imkanlarına malik konqres mərkəzləri

5.

İstirahət evləri

6.

İstirahət bazaları

7.

İstirahət mərkəzləri

8.

Qonaq evləri

9.

Sağlamlıq düşərgələri

10.

İdman düşərgələri

11.

Ovçu (balıqçı) evləri

12.

Turist bazaları

13.

Turist evləri

14.

Kempinqlər

15.

Yaşayış evləri (villalar, koteclər, bağ evləri və s.)

16.

Çoxmənzilli binalarda mənzillər (otaqlar)

17.

Hostellər

18.

Dağ sığınacaqları

19.

Uşaq sağlamlıq düşərgələri

 

Qeyd. Bu Siyahıda dəyişikliklər Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun edilə bilər.

_________________

 

          №-li nüsxə


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında