Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı

№ 562 

Bakı şəhəri, 15 dekabr 2017-ci il

“Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 6 sentyabr tarixli 1593 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarının və onların struktur elementlərinin ləğv edilməsi barədə

“Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 6 sentyabr tarixli 1593 nömrəli Fərmanının 3.3-cü bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan
Respublikasının Nazirlər Kabineti QƏRARA  ALIR:

1. “Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il
10 sentyabr tarixli 488 nömrəli qərarı ləğv edilsin.

2. “Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyinin strukturuna daxil olmayan  tabeliyindəki qurumların Siyahısı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 6 yanvar tarixli 1 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 1, maddə 25) ləğv edilsin.

3. “Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyinin kollegiyasının tərkibi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 17 aprel tarixli 84 nömrəli qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 4, maddə 394; 2016, № 9, maddə 1572) 1-ci hissəsi ləğv edilsin.

 Artur Rasi-zadə
 Azərbaycan Respublikasının Baş naziri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında