Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

№ 564

Bakı şəhəri, 18 dekabr 2017-ci il

 

“İnzibati xəta haqqında iş üzrə icraat zamanı götürülmüş tez xarab olan mallar barəsində sərəncam verilməsi Qaydası”nın və “İnzibati xəta haqqında iş üzrə icraat zamanı götürülmüş narkotik vasitələr və psixotrop maddələr, həmçinin müvafiq standartlara, sanitariya normalarına və qaydalarına, gigiyena normativlərinə cavab verməyən etil spirti, alkoqollu və tərkibində spirt olan məhsulların yenidən istehsala göndərilməsi və ya məhv edilməsi Qaydası”nın təsdiq edilməsi barədə

“Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96 VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 fevral tarixli 795 nömrəli Fərmanının 1.2.1-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

1 “İnzibati xəta haqqında iş üzrə icraat zamanı götürülmüş tez xarab olan mallar barəsində sərəncam verilməsi Qaydası” təsdiq edilsin
(1 nömrəli əlavə).

2. “İnzibati xəta haqqında iş üzrə icraat zamanı götürülmüş nar-kotik vasitələr və psixotrop maddələr, həmçinin müvafiq standartlara, sani-tariya normalarına və qaydalarına, gigiyena normativlərinə cavab verməyən etil spirti, alkoqollu və tərkibində spirt olan məhsulların yenidən istehsala göndərilməsi və ya məhv edilməsi Qaydası” təsdiq edilsin (2 nömrəli əlavə).

Artur RASİ-ZADƏ
Azərbaycan Respublikasının Baş naziri

Qeyd: Qərara edilmiş əlavələrin tam mətni ilə www.cabmin.gov.az və www.xalqqazeti.com saytlarında tanış ola bilərsiniz.

 

Azərbaycan Respublikası Nazirlər

Kabinetinin 2017-ci il 18 dekabr

tarixli 564 nömrəli qərarı ilə

təsdiq edilmişdir.

 

 

                                                  1 nömrəli əlavə

 

İnzibati xəta haqqında iş üzrə icraat zamanı götürülmüş tez xarab olan mallar barəsində sərəncam verilməsi

 

Q A Y D A S I

 

1. Ümumi müddəalar

 

  1. “İnzibati xəta haqqında iş üzrə icraat zamanı götürülmüş tez xarab olan mallar barəsində sərəncam verilməsi Qaydası” (bundan sonra - Qayda) “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 fevral tarixli 795 nömrəli Fərmanının 1.2.1-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır.
  2. Bu Qayda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 94.10-cu maddəsinə uyğun olaraq, inzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan orqanlar (vəzifəli şəxslər) tərəfindən inzibati xəta haqqında işlərə baxılarkən inzibati xətanın bilavasitə obyekti olan tez xarab olan mallar barəsində sərəncam verilməsi qaydasını müəyyən edir.
  3. Bu Qaydanın məqsədləri üçün istifadə edilən “tez xarab olan mallar” (bundan sonra – mallar) anlayışına aşağıdakılar daxildir:

1.3.1.   inzibati xəta haqqında iş üzrə qərar qüvvəyə minənədək yararlılıq müddətinin bitəcəyini və satış üçün yararsız olacağını hesab etməyə əsas olan məhdud saxlama və ya yararlılıq müddətinə malik mallar;

1.3.2.   əmtəə görünüşü və istehlak xassələrinin saxlanılması, eləcə də təhlükəsizliyinin təmin edilməsi üçün xüsusi temperatur rejimlərinin və digər saxlama şərtlərinin təmin edilməsi çətinlik yaradan, yaxud həmin şəraitin yaradılması xərcləri məhsulun dəyərinə bərabər və ya ondan yüksək olan mallar.

 

2. Tez xarab olan mallar barəsində sərəncam (qərar) verilməsi və onun icrası

 

  1. Mallar inzibati xəta haqqında iş üzrə icraat aparan səlahiyyətli dövlət orqanının qərarına əsasən sınaqdan keçirilir.
  2. Malların sınaqdan keçirilməsi “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş qaydada akkreditasiyadan keçmiş uyğunluğu qiymətləndirən qurum tərəfindən aparılır.
  3. Malların sınağının nəticələri əsasında onların aşağıdakı vəziyyətləri müəyyən edilir:
  1. birbaşa təyinatı üzrə istifadə üçün yararlılığı;
  2. təkrar emaldan sonra və ya emal edilmədən digər məqsədlə istifadə üçün yararlılığı;
  3. birbaşa təyinatı üzrə və digər məqsədlə istifadə üçün yararsızlığı.
  1. Mallar sınaqdan keçirildikdən sonra “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş qaydada qiymətləndiricilər tərəfindən qiymətləndirilir. Malların qiymətləri dövlət tərəfindən tənzimlədikdə, dövlət tənzimlədikdə qiymətləri tətbiq edilir. Digər hallarda malların qiyməti bazar qiymətinə əsasən müəyyən edilir.
  2. İnzibati xəta haqqında iş üzrə icraatı aparan səlahiyyətli dövlət orqanı malların qiymətləndirilməsi barədə mal sahibini məlumatlandırır və malların qiymətləndirilməsində mal sahibinin iştirakına şərait yaradır.
  3. Malların bazar qiyməti müəyyənləşdirilərkən onların keyfiyyəti, qablaşdırılması, istehsal tarixi, saxlama və ya yararlılıq müddəti, miqdarı, bazarda analoji mallara olan tələb-təklif və sərbəst bazar topdansatış qiymətləri nəzərə alınır. Zədələnmiş və qüsurlu halda götürülmüş malların bazar qiyməti müəyyən edilərkən eyni zamanda onların keyfiyyətinin və xarici görünüşünün itirilmə dərəcəsi də nəzərə alınmalıdır.
  4. İnzibati xəta haqqında iş üzrə icraatı aparan səlahiyyətli dövlət orqanı malların sınağının nəticələri əsasında onlar barəsində sərəncam (qərar) verir.
  5. Malların sınağının nəticələri əsasında birbaşa təyinatı üzrə istifadə üçün yararlılığı təyin edilmiş mallar, eləcə də emal edilmədən digər məqsədlə istifadə üçün yararlılığı təyin edilmiş mallar satışa çıxarılır.
  6. Malların satışı “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müsabiqə əsasında müəyyən edilmiş və satınalma müqaviləsi bağlanılmış podratçı təşkilat (bundan sonra - satıcı) vasitəsilə həyata keçirilir.
  7. Sınağının nəticələri əsasında təkrar emaldan sonra yararlılığı təyin edilmiş mallar belə malların emalı ilə məşğul olan hüquqi şəxslərə və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslərə satılır.
  8. Hüquqi və fiziki şəxslər malların qəbulunu, saxlanılmasını və satışını müvafiq texniki normativ hüquqi aktlara və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 3 aprel tarixli 94 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları”na uyğun olaraq həyata keçirirlər.
  9. Malların satışından daxil olan vəsait müvəqqəti olaraq inzibati xəta haqqında iş üzrə icraatı aparan səlahiyyətli dövlət orqanının hesabına köçürülür. Eyni zamanda satıcı inzibati xəta haqqında iş üzrə icraat aparan səlahiyyətli dövlət orqanına malların satışı və satış ilə bağlı çəkilmiş xərclərə dair hesabat təqdim edir.
  10. İnzibati xəta haqqında iş üzrə qərara əsasən götürülmüş malların satışından əldə edilmiş vəsaitin malın sahibinə qaytarılması nəzərdə tutulduğu hallarda, həmin malların satışından əldə edilmiş vəsait satışla bağlı çəkilmiş xərclər çıxıldıqdan sonra mal sahibinə qaytarılır. Malların qanuni sahibi müəyyən edilmədikdə, həmin vəsait dövlət büdcəsinə köçürülür.
  11. Götürülmüş malların satışından əldə edilmiş vəsaitin inzibati xəta haqqında iş üzrə məhkəmə qərarına əsasən müsadirə edilməsinin nəzərdə tutulduğu hallarda, həmin malların satışından əldə edilmiş vəsait satışla bağlı çəkilmiş xərclər çıxıldıqdan sonra dövlət büdcəsinə köçürülür.
  12. Götürülmüş malların nümunələrinin dəyərinin ödənilməsi, onların saxlanılması, sınaq edilən parametrlərin dəyişməz saxla-nılması, daşınması, sınaq aparılması, alınmış nəticələr barədə məlumat verilməsi, malların daha sonrakı satışı və ya utilizasiyası ilə əlaqədar yaranan xərclər, həmçinin səlahiyyətli dövlət orqanının malların sınağı barədə qərarının nəticəsi olaraq yaranan bütün digər xərclər inzibati xəta haqqında iş üzrə icraat aparan səlahiyyətli dövlət orqanının hesabına ödənilir.
  13. İnzibati xəta haqqında iş üzrə icraat aparan səlahiyyətli dövlət orqanının bu Qaydanın 2.15-ci bəndinə uyğun olaraq çəkdiyi xərclərin əvəzi inzibati məsuliyyətə cəlb olunma barədə qərar çıxdıqda, mal sahibi tərəfindən aşağıdakı hallar istisna olunmaqla ödənilməlidir:

2.16.1. xərclər faktiki olaraq, dövlət orqanı tərəfindən ödənil-mədikdə;

2.16.2. xərclərin çəkilməsi barədə sənədli təsdiqləmə olmadıqda;

2.16.3. xərclər dövlət orqanı tərəfindən malların nümunələrinin qanunsuz götürülməsi ilə əlaqədar ödənildikdə.

  1. Aşağıdakı malların məhv edilməsi barədə qərar qəbul edilir:

2.17.1.  malların sınağının nəticələri əsasında birbaşa təyinatı üzrə və ya digər məqsədlə istifadə üçün yararsızlığı müəyyən edilmiş mallar;

2.17.2. satıcıya verilmiş, lakin saxlama və ya yararlılıq müddəti ərzində satışı mümkün olmayan mallar.

  1. Malların məhv edilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 12 fevral tarixli 27 nömrəli qərarı ilə təsdiq edilmiş “İstifadəyə yararsız yeyinti məhsullarının götürülməsi, zərərsizləşdirilməsi və ya məhv edilməsi Qaydaları”na uyğun olaraq həyata keçirilir.

 

3. Yekun müddəa

 

3.1. Bu Qaydada dəyişikliklər Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun edilə bilər.

 

 

__________________

 

 

Azərbaycan Respublikası Nazirlər

Kabinetinin 2017-ci il 18 dekabr

tarixli 564 nömrəli qərarı ilə

təsdiq edilmişdir.

 

 

                                                  2 nömrəli əlavə

 

İnzibati xəta haqqında iş üzrə icraat zamanı götürülmüş narkotik vasitələr və psixotrop maddələr, həmçinin müvafiq standartlara, sanitariya normalarına və qaydalarına, gigiyena normativlərinə cavab verməyən etil spirti, alkoqollu və tərkibində spirt olan məhsulların yenidən istehsala göndərilməsi və ya

 məhv edilməsi

 

Q A Y D A S I

 

1. Ümumi müddəalar

 

1.1. “İnzibati xəta haqqında iş üzrə icraat zamanı götürülmüş narkotik vasitələr və psixotrop maddələr, həmçinin müvafiq standartlara, sanitariya normalarına və qaydalarına, gigiyena normativlərinə cavab verməyən etil spirti, alkoqollu və tərkibində spirt olan məhsulların yenidən istehsala göndərilməsi və ya məhv edilməsi Qaydası” (bundan sonra - Qayda) “Azərbaycan Respub-likası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 fevral tarixli 795 nömrəli Fərmanının 1.2.1-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə hazır-lanmışdır.

1.2. Bu Qayda Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 94.11-ci maddəsinə uyğun olaraq, inzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan orqanlar (vəzifəli şəxslər) tərəfindən inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xətanın bilavasitə obyekti olan narkotik vasitələr və psixotrop maddələr, həmçinin müvafiq standartlara, sanitariya normalarına və qaydalarına, gigiyena normativlərinə cavab verməyən etil spirti, alkoqollu və tərkibində spirt olan məhsulların (bundan sonra –malların) yenidən istehsala göndərilməsi və ya məhv edilməsi qaydasını müəyyən edir.

 

2. Götürülmüş malların yenidən istehsala göndərilməsi  və ya məhv edilməsi

 

2.1. Götürülmüş mallar inzibati xəta haqqında iş üzrə icraatı aparan orqan (vəzifəli şəxslər) tərəfindən sonrakı istifadə üçün yararlılığının müəyyən edilməsi məqsədi ilə laboratoriya müayinəsinə göndərilir. Müayinə üçün narkotik vasitələr və psixotrop maddələr Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə, etil spirti, alkoqollu və tərkibində spirt olan məhsullar isə aidiyyəti məhsulların sınaqlarının aparılması sahəsində akkreditasiya olunmuş sınaq laboratoriyalarına təqdim olunur. Müayinənin nəticəsinə əsasən, xüsusiyyətləri nəzərə alınmaqla, götürülmüş mallar barəsində aşağıdakı qərarlar qəbul edilir:

2.1.1. yenidən istehsala göndərilmə;

2.1.2. məhv edilmə.

  2.2. Laboratoriya müayinələrinin nəticələrinə əsasən sonrakı istifadəsi mümkün sayılan mallar yenidən istehsala göndərilir.

  2.3. Malları yenidən istehsal etmək üçün qəbul edən hüquqi və fiziki şəxslər, qanunla tələb olunduğu hallarda lisenziya və ya icazəyə malik olmalıdır.

2.4. Müayinə nəticəsində sonrakı istifadəsi məqsədəuyğun sayılmayan məhsulların məhv edilməsi barədə qərar verilir.

  2.5. Narkotik vasitələr və psixotrop maddələr barəsində verilmiş qərarın icrasını Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası həyata keçirir.

  2.6. Narkotik vasitələr və psixotrop maddələrin məhv edilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 6 oktyabr tarixli 181 nömrəli qərarı ilə təsdiq edilmiş  “Azərbaycan Respub-likasının qanunvericiliyinə uyğun olaraq müsadirə edilmiş narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhv edilməsi Qaydası”na uyğun həyata keçirilir.

2.7. Etil spirti, alkoqollu və tərkibində spirt olan məhsulların məhv edilməsi  "Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 12 fevral tarixli 27 nömrəli qərarı ilə təsdiq edilmiş "İstifadəyə yararsız yeyinti məhsullarının götürülməsi, zərərsizləşdirilməsi və ya məhv edilməsi Qaydaları"na uyğun həyata keçirilir.

 

3. Yekun müddəa

 

3.1. Bu Qaydada dəyişikliklər Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun edilə bilər.

 

__________________

          №-li nüsxə


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında