Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

№ 563

Bakı şəhəri, 15 dekabr 2017-ci il

“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsinin və strukturunun təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 25 iyun tarixli 201 nömrəli qərarında dəyişikliklər edilməsi haqqında

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

1. “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsinin və strukturunun təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 25 iyun tarixli 201 nömrəli qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 6, maddə 754; 2016, № 3, maddə 583) aşağıdakı dəyişikliklər edilsin:

1.1. həmin qərarla təsdiq edilmiş 1 nömrəli əlavə - “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsi”nin           4.4-cü bəndində “1 770 950 768,02 (bir milyard yeddi yüz yetmiş milyon doqquz yüz əlli min yeddi yüz altmış səkkiz manat iki qəpik)” və “125 244 043 (yüz iyrmi beş milyon iki yüz qırx dörd min qırx üç)” rəqəmləri və sözləri müvafiq olaraq “2 580 638 397,20 (iki milyard beş yüz səksən milyon altı yüz otuz səkkiz min üç yüz doxsan yeddi manat iyirmi qəpik)” və “182 506 251 (yüz səksən iki milyon beş yüz altı min iki yüz əlli bir)” rəqəmləri və sözləri ilə əvəz edilsin;

1.2. həmin qərarla təsdiq edilmiş 2 nömrəli əlavə - “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin Strukturu” aşağıdakı redaksiyada verilsin:

“1. “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin Aparatı.

2. “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin tabeliyində olan hüquqi şəxs statusuna malik olmayan təşkilatlar:

2.1. Hərəkət Xidməti;

2.2. Yol Xidməti;

2.3. Tunel Qurğuları Xidməti;

2.4. Elektrik Təchizatı Xidməti;

2.5. İşarəvermə və Rabitə Xidməti;

2.6. Elektromexanika Xidməti;

2.7. Əsaslı Təmir Xidməti;

2.8. Depolar üzrə İş Departamenti;

2.9. Birləşmiş emalatxanalar;

2.10. Diaqnostika və Metroloji Təminat Mərkəzi;

2.11. Eskalator Xidməti;

2.12. Nəqliyyat və Xüsusi Texnika Departamenti;

2.13. Tikinti Departamenti;

2.14. Perspektiv İnkişaf və Əsaslı Tikintiyə Nəzarət Depar-tamenti;

2.15. Mühafizə və Yanğın Təhlükəsizliyi Xidməti;

2.16. Yaşıllaşdırma və Vaqonların Təmizlik Təsərrüfatı Xidməti;

2.17. İnformasiya və Kommunikasiya Texnologiyaları Xidməti;

2.18. “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin Sağ-lamlıq Mərkəzi;

2.19. Vaqonların Əsaslı Təmir Xidməti.”.

3. Azərbaycan Respublikasının Vergilər Nazirliyi, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi, Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası və “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti bu qərardan irəli gələn məsələləri həll etsinlər.

Artur RASİ-ZADƏ
Azərbaycan Respublikasının   Baş naziri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında