Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı

№ 555                                                                     Bakı şəhəri, 14 dekabr 2017-ci il

“Elmi müəssisələrin akkreditasiyası ­qurumu haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə

“Elm haqqında” Azərbaycan Respublikasının 2016-cı il 14 iyun tarixli 271-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 9 avqust tarixli 1009 nömrəli Fərmanının 1.1.7-ci yarımbəndinin icrasının təmin edilməsi məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

“Elmi müəssisələrin akkreditasiyası qurumu haqqında Əsasnamə” təsdiq edilsin (əlavə olunur).

Artur Rasi-zadə
Azərbaycan Respublikasının Baş naziri

 


 

 

Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2017-ci il 14 dekabr
tarixli 555 nömrəli qərarı ilə

təsdiq edilmişdir.

 

 

 

Elmi müəssisələrin akkreditasiyası qurumu haqqında

 

ƏSASNAMƏ

 

1. Ümumi müddəalar

 

1.1. Bu Əsasnamə  “Elm haqqında” Azərbaycan Respub-likasının 2016-cı il 14 iyun tarixli 271-VQ nömrəli Qanununun 24.4-cü maddəsinə uyğun olaraq hazırlanmışdır və elmi müəssisələrin akkreditasiyası qurumunun fəaliyyətinin təşkilati-hüquqi əsaslarını müəyyən edir.

1.2. Elmi müəssisələrin akkreditasiyası qurumu Akkreditasiya Komissiyası (bundan sonra – Komissiya) formasında ictimai əsaslarla fəaliyyət göstərir.

1.3. Komissiya Azərbaycan Respublikasında elmi müəssi-sələrin (təşkilatların) akkreditasiyasını həyata keçirən kollegial qurumdur.

1.4. Komissiya öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azər­­baycan Respublikasının qanunlarını, Azərbay-can Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbay-can Respublikası Nazirlər Kabinetinin qərar və sərən­camlarını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri və bu Əsasnaməni rəhbər tutur.

1.5. Komissiya müstəqil balansa, müvafiq bank hesablarına öz adı həkk olunmuş möhürə, müvafiq ştamplara və blanklara malikdir.

1.6. Komissiya Bakı şəhərində yerləşir.

 

2. Komissiyanin fəaliyyət istiqamətləri

 

2.1. Komissiyanın fəaliyyət istiqamətləri aşağıdakılardır:

2.1.1. akkreditasiya sahəsində qanunvericilik bazasının təkmil-ləşdirilməsində iştirak edilməsi;

2.1.2. elmi müəssisələrin akkreditasiyasının qiymətləndirmə meyarlarının müəyyən edilməsi;

2.1.3. qanunvericiliklə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərilməsi.

 

3. Komissiyanin vəzifələri

 

3.1. Bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Komissiyanın vəzifələri aşağıdakılardır:

3.1.1. elmi müəssisələrin akkreditasiyasını həyata keçirmək və müvafiq qərar qəbul etmək; 

3.1.2. akkreditasiyadan keçmiş elmi müəssisələrə şəhadət-namə vermək, akkreditasiyadan keçməmiş elmi müəssisələrə bu barədə Komis­siyanın qərarının əsli ilə düzgünlüyünün təsdiq edilmiş surətini göndərmək;  

3.1.3. öz fəaliyyətinin çevik  və şəffaf həyata keçirilməsi məqsədi ilə rəsmi internet say­tını yaratmaq və onun fasiləsiz işləməsini təmin etmək;

3.1.4. akkreditasiya qaydalarının, akkreditasiyadan keçmək üçün tələb olunan sənədlərin elektron nüsxələrinin və digər zəruri məlumatların internet saytında yerləşdiril­məsini təmin etmək; 

3.1.5. akkreditasiyadan keçmək istəyən elmi müəssisələrin səlahiyyətli nümayəndələrinin müraciətlərinə müəyyən edilmiş qaydada və müd­dət­də baxılmasını təmin etmək;     

3.1.6. akkreditasiya sahəsində normativ hüquqi bazanın tək­mil­ləş­di­ril­mə­si və beynəlxalq tələblərə uyğunlaşdırılması ilə bağlı təkliflər vermək;

3.1.7. akkreditasiya sahəsində beynəlxalq əməkdaşlıq haqqında sazişlərin bağlanılmasında iştirak etmək.

 

4. Komissiyanın hüquqları

 

4.1. Komissiya aşağıdakı hüquqlara malikdir:

4.1.1. elmi müəssisələrin akkreditasiyası sahəsində qanun-vericiliyin təkmilləşdirilməsi istiqamətində təkliflər hazırlamaq;

4.1.2. öz fəaliyyətindən irəli gələn məsələlərin həlli məqsədi ilə dövlət və yerli özünüidarəetmə orqanlarına, fiziki və hüquqi şəxslərə müvafiq məlumatlar (sənədlər) barədə sorğu vermək və onlardan məlumatlar almaq;

4.1.3. qanunvericiliklə müəyyən olunmuş qaydada akkreditasiya sahəsində beynəlxalq və regional təşkilatlarla, xarici dövlətlərin müvafiq dövlət orqanları (qurumları) ilə əməkdaşlıq etmək, xarici dövlətlərin qabaqcıl təcrübəsini öyrənmək və tətbiq etmək;

4.1.4. fəaliyyətinin beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində təd­bir­lər görmək;

4.1.5. elmi müəssisələrin  akkreditasiyası sahəsində analitik materiallar hazırlamaq, rəy vermək, təhlillər, ümumiləşdirmələr, tədqiqatlar aparmaq, təkliflər vermək;

4.1.6. Komissiyanın tərkibi və fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı təkliflər hazırlamaq;

4.1.7. elmi müəssisələrin akkreditasiyası məsələlərinə dair seminar, konfrans və digər tədbirlər təşkil etmək;

4.1.8. fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericiliklə müəyyən edilmiş digər hüquqları həyata keçirmək.

 

5. Komissiyanın fəaliyyətinin təşkili

 

5.1. Komissiyanın Azərbaycan Milli Elmlər Akademiyasının, Azərbaycan Pespublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının, Azərbaycan Respublikasının Təhsil Nazirliyi və digər dövlət orqanlarının nümayəndələri daxil olmaqla 9 nəfərdən ibarət tərkibi Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilir.

5.2. Komissiyanın üzvləri Komissiyanın işində ictimai əsaslarla fəaliyyət göstərirlər.

5.3. Komissyanın sədri:

5.3.1. Komissiyanın işini təşkil edir və ona rəhbərliyi həyata keçirir;

5.3.2. Komissiyanın qəbul etdiyi qərarları imzalayır və onların icrasını təmin edir;

5.3.3. Komissiyanı təmsil edir;

5.3.4. Komissiyanın fəaliyyəti barədə Azərbaycan Respub-likasının Nazirlər Kabinetinə mütəmadi olaraq hesabat verilir;

5.3.5. qanunvericiliyə uyğun olaraq digər səlahiy­yətləri həyata keçirir.

5.4. Komissiyanın cari fəaliyyətinə rəhbərlik məsul katib tərəfindən həyata keçirilir.

5.5. Komissiyanın məsul katibi:

5.5.1. Komissiyanın iclaslarının hazırlanmasını və keçirilməsini təşkil edir;

5.5.2. Komissiyada baxılacaq sənəd və materiallarla Komissiya üzvlərinin vaxtında tanış olmasını təmin edir;

5.5.3. Komissiyanın iclaslarının protokollarını rəsmiləşdirir.

5.6. Komissiyanın üzvləri:

5.6.1. Komissiyanın iclaslarında və fəaliyyətində iştirak edirlər;

5.6.2. Komissiyanın iclasına təqdim edilmiş bütün materiallarla əvvəl­cə­dən tanış olurlar;

5.6.3. Komissiyanın protokolları, qərarları və digər sənədləri ilə tanış olurlar.

5.7. Komissiyanın nəzdində işçi qrupları yaradılır. İşçi qrupları daxil olan sənədləri təhlil edir və qiymətləndirir.

5.8. Komissiyanın iclasları ən azı  ayda bir dəfə keçirilir. Komissiyanın üzvləri bir həftə əvvəl iclasın keçirilməsi vaxtı barədə məsul katib tərəfindən məlumatlandırılırlar.

5.9.  Komissiya  üzvlərinin üçdə ikisi iştirak etdikdə qərar qəbul etmək səlahiyyətinə malikdir.

5.10. Komissiyanın qərarları Komissiya üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir. Səslər bərabər olduqda, Komissiya sədrinin səsi həlledici hesab olunur.

5.11. Komissiya elmi müəssisələrin fəaliyyətinin “Elm haqqında” Azərbaycan Respublikası Qanununun 24.5-ci mad-dəsində nəzərdə tutulmuş tələblərə uyğunluğunu müəyyən edir və müvafiq qərar qəbul edir.  


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında