Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı

№ 547                                                            Bakı şəhəri, 11 dekabr 2017-ci il

“Kənd təsərrüfatı məhsullarının istehsalçılarına əkin sahəsinin becərilməsində istifadə etdiyi yanacaq və motor yağlarına, habelə buğda və çəltik əkininə görə dövlət büdcəsinin vəsaiti hesabına yardımların verilməsi Qaydaları”nın və “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti və digər hüquqi və fiziki şəxslər tərəfindən kənd təsərrüfatı məhsullarının istehsalçılarına mineral gübrələrin, biohumusun və pestisidlərin güzəştlə satılması Qaydaları”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 15 fevral tarixli 32 nömrəli qərarında dəyişiklik edilməsi haqqında

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin təklifinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 15 fevral tarixli 32 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 2, maddə 192, № 11, maddə 1184; 2008, № 6, maddə 587; 2010, № 12, maddə 1124; 2012, № 8, maddə 811; 2013, № 7, maddə 882, № 12, maddə 1633; 2014, № 2, maddə 201, № 6, maddə 736, № 8, maddə 1004; 2015, № 1, maddə 60, № 5, maddə 675, № 6, maddə 795, № 8, maddə 968, № 10, maddə 1237, № 12, maddə 1577; 2016, № 5, maddə 955, № 6, maddə 1190, № 12, maddə 2238; 2017, № 3, maddə 507, № 8, maddə 1602) ilə təsdiq edilmiş 4 nömrəli əlavə - “Kənd təsərrüfatı məhsullarının istehsalçılarına buğda və çəltik əkininə və istifadə etdikləri yanacaq və motor yağlarına görə dövlət büdcəsinin vəsaiti hesabına verilən yardımların, habelə hüquqi və fiziki şəxslər tərəfindən istehsalçılara satılan mineral gübrələrin, biohumusun və pestisidlərin qiymətinə tətbiq edilən güzəştin məbləğinin ödənilməsinin təmin edilməsi üzrə Respublika Komissiyasının tərkibi”nin “Respublika Komissiyasının üzvləri” bölməsində “Vüqar Sabir oğlu Məcidli – Azərbaycan Respublikası Maliyyə Nazirliyinin iqtisadi sahələrin maliyyəsi şöbəsinin müdiri” sözləri “Elşən Kərim oğlu Əhmədov – Azərbaycan Respublikası Maliyyə Nazirliyi Aparatının iqtisadi sahələrin maliyyəsi şöbəsinin sektor müdiri” sözləri ilə əvəz edilsin.

Artur Rasi-zadə
Azərbaycan Respublikasının Baş naziri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında