Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

№ 523

Bakı şəhəri, 29 noyabr 2017-ci il

“Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminin istismarının təşkili Qaydaları”nın və “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi daxilində dövlət orqanlarının informasiya resurslarından istifadəyə buraxılış dərəcəsi”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 12 yanvar tarixli 5 nömrəli qərarında dəyişikliklər edilməsi haqqında

“Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və konsulluqları vasitəsilə qeyri-rezidentlərə elektron imza sertifikatının verilməsi Qaydası”nın və “www.azexport.az” internet portalı haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 12 sentyabr tarixli 1598 nömrəli Fərmanının 4.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA  ALIR:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 12 yanvar tarixli 5 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 1, maddə 29; 2013, № 8, maddələr 999, 1033; 2014, № 5, maddə 561, № 6, maddə 747; 2016, № 8, maddə 1453, № 9, maddə 1585; 2017, № 1, maddə 122, № 5, maddə 963; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 10 oktyabr tarixli 415 nömrəli qərarı) ilə təsdiq edilmiş 1 nömrəli əlavə - “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminin istismarının təşkili Qaydaları”na aşağıdakı məzmunda 5.9-cu və 6.5-1-ci bəndlər əlavə edilsin:

“5.9. “E-qeyri-rezident” altsistemi - “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemində yaradılan, qeyri-rezidentlərin elektron imza verilməsi barədə müraciətlərini qəbul və təhlil edən, onlara “virtual FİN” verən, habelə “virtual FİN” verilmiş qeyri-rezidentlərin reyestrini aparan altsistem.

6.5-1. “Xarici ölkədə daimi yaşayan Azərbaycan Respublikasının vətəndaşları, xarici ölkədə fəaliyyət göstərən hüquqi şəxslər” informasiya resursu üzrə:

6.5-1.1. “www.azexport.az” internet portalından “E-qeyri-rezident” altsisteminə təqdim edilən xarici ölkədə daimi yaşayan Azərbaycan Respublikası vətəndaşlarının şəxsiyyətini təsdiq edən sənədin (pasport və ya şəxsiyyət vəsiqəsi) fotoşəkil olan səhifəsinin skan edilmiş surəti, xarici ölkədə fəaliyyət göstərən hüquqi şəxslərin nümayəndələrinin şəxsiyyətini təsdiq edən sənədin (pasport və ya şəxsiyyət vəsiqəsi) fotoşəkil olan səhifəsinin və qeyri-rezident adından çıxış etmək səlahiyyəti verən etibarnamənin skan edilmiş surəti, habelə elektron imza sertifikatının verilməsi və ya verilməsindən imtina edilməsi (“virtual FİN”in ləğv edilməsi) ilə bağlı məlumatlar;

6.5-1.2. Azərbaycan Respublikasına gələn xarici ölkədə daimi yaşayan Azərbaycan Respublikasının vətəndaşları, xarici ölkədə fəaliyyət göstərən hüquqi şəxslər barədə məlumat yaradan altsistemlər.”.

Artur RASİ-ZADƏ,
Azərbaycan Respublikasının Baş naziri

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında