Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

№ 483

Bakı şəhəri, 10 noyabr 2017-ci il

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 31 oktyabr tarixli 252 nömrəli qərarı ilə təsdiq edilmiş “Malların təkrar ixrac gömrük proseduru altında yerləşdirilməsi Qaydaları”nda dəyişiklik edilməsi barədə

“Azərbaycan Respublikasının Gömrük Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2017-ci il 13 iyun tarixli 744-VQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Gömrük Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 sentyabr tarixli 499 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 13 iyul tarixli 1525 nömrəli Fərmanının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 31 oktyabr tarixli 252 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 10, maddə 1033; 2015, № 4, maddə 445, № 5, maddə 641) ilə təsdiq edilmiş “Malların təkrar ixrac gömrük proseduru altında yerləşdirilməsi Qaydaları”nın 3.3-cü bəndi aşağıdakı redaksiyada verilsin:

“3.3. Şəxs tərəfindən səlahiyyətli gömrük orqanına təkrar ixrac bildirişi verilir. Rəsmiləşdirməni həyata keçirən gömrük orqanında təqdim olunmuş sənədlərdə göstərilən məlumatların düzgünlüyü yoxlanılır, malların eyniləşdirilməsi aparılır və onların ixrac rəsmiləşdirilməsi həyata keçirilərək, sərhəd gömrük orqanına məlumat ötürülür.”.

Yaqub Eyyubov
Azərbaycan Respublikası
Baş nazirinin birinci müavini


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında