Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

№ 481

Bakı şəhəri, 10 noyabr 2017-ci il

“İpoteka kreditləşməsi məqsədi ilə yaşayış sahəsinin 1 kvadratmetri üçün orta bazar qiymətinin müəyyən edilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 31 avqust tarixli  323 nömrəli qərarında dəyişikliklər edilməsi barədə

“Azərbaycan Respublikasında ipoteka kreditləşməsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 22 iyun tarixli 940 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 13 iyul tarixli 1530 nömrəli Fərmanının 3.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA  ALIR:

“İpoteka kreditləşməsi məqsədi ilə yaşayış sahəsinin 1 kvadratmetri üçün orta bazar qiymətinin müəyyən edilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 31 avqust tarixli 323 nömrəli qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 8, maddə 1459) aşağıdakı dəyişikliklər edilsin:

1. Adında və ikinci abzasında “İpoteka kreditləşməsi” sözləri “Güzəştli ipoteka kreditləşməsi” sözləri ilə əvəz edilsin.

2. Həmin qərarla təsdiq edilmiş “İpoteka kreditləşməsi məqsədi ilə yaşayış sahəsinin 1 kvadratmetri üçün orta bazar qiymətinin müəyyən edilməsi Qaydası” üzrə:

2.1. adında “İpoteka kreditləşməsi” sözləri “Güzəştli ipoteka kreditləşməsi” sözləri ilə əvəz edilsin;

2.2. 1.1-ci bəndə “ipoteka” (hər iki halda) sözündən əvvəl “güzəştli” sözü əlavə edilsin və həmin bənddən “təmirli” sözü çıxarılsın;

2.3. 1.2-ci bəndə “ipoteka” (hər iki halda) sözündən əvvəl “güzəştli” sözü əlavə edilsin;

2.4. 2.2.1-ci yarımbənd ləğv edilsin.

Yaqub Eyyubov,
 Azərbaycan Respublikası Baş nazirinin
 birinci müavini


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında