Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

№ 475

Bakı şəhəri, 3 noyabr 2017-ci il

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 25 yanvar tarixli 13 nömrəli qərarı ilə təsdiq edilmiş “Avtomobil yolları” Məqsədli Büdcə Fondunun vəsaitinin ölkə ərazisində ümumi istifadədə olan respublika və yerli əhəmiyyətli avtomobil yollarının saxlanması və istismarı üçün xərclənməsi Qaydaları”nda dəyişikliklər edilməsi barədə

“Azərbaycan Respublikasının dövlət büdcəsinin tərkibində “Avtomobil yolları” Məqsədli Büdcə Fondunun yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 12 oktyabr tarixli 1729 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 22 dekabr tarixli 943 nömrəli Sərəncamının 2-ci hissəsinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 25 yanvar tarixli 13 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 1, maddə 57; 2008, № 2, maddə 125; 2013, № 8, maddə 1024; 2016, № 10, maddə 1724, № 11, maddə 1972; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 20 iyun tarixli 263 nömrəli qərarı) ilə təsdiq edilmiş “Avtomobil yolları” Məqsədli Büdcə Fondunun vəsaitinin ölkə ərazisində ümumi istifadədə olan respublika və yerli əhəmiyyətli avtomobil yollarının saxlanması və istismarı üçün xərclənməsi Qaydaları”nın 2.1.7-ci yarımbəndinin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 2.1.8-ci yarımbənd əlavə edilsin:

“2.1.8. dövlət büdcəsindən ayrılan vəsait.”.

Artur RASİ-ZADƏ
Azərbaycan Respublikasının
Baş naziri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında