Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı

№ 413

Bakı şəhəri, 5 oktyabr 2017-ci il

“Yeyinti məhsullarına verilən uyğunluq, gigiyenik sertifikatlarının və baytarlıq şəhadətnaməsinin formasının və uyğunluq, gigiyenik sertifikatlarının və baytarlıq şəhadətnaməsinin verilməsi qaydalarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 25 sentyabr tarixli 142 nömrəli qərarında dəyişikliklər edilməsi barədə

“Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 23 oktyabr tarixli 969 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 9 mart tarixli 1283 nömrəli Fərmanının 3.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

“Yeyinti məhsullarına verilən uyğunluq, gigiyenik sertifikatlarının və baytarlıq şəhadətnaməsinin formasının və uyğunluq, gigiyenik sertifikatlarının və baytarlıq şəhadətnaməsinin verilməsi qaydalarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 25 sentyabr tarixli 142 nömrəli qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 9, maddə 918; 2009, № 1, maddələr 32,34, № 6, maddə 491; 2010, № 12, maddə 1122; 2013, № 5, maddə 583; 2015, № 2, maddələr 227, 237, № 5, maddə 664; 2016, № 6, maddə 1194) aşağıdakı dəyişikliklər edilsin:

1. Həmin qərarla təsdiq edilmiş “Uyğunluq sertifikatının forması” üzrə:

1.1. “Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi” sözləri çıxarılsın;

1.2. “Sertifikatlaşdırma üzrə orqanın” və “Sertifikatı verən orqanın” sözləri “Uyğunluğu qiymətləndirən qurumun” sözləri ilə əvəz edilsin.

2. Həmin qərarla təsdiq edilmiş “Yeyinti məhsullarına uyğunluq sertifikatının verilməsi Qaydası” üzrə:

2.1. 1.2-ci bənddə “akkreditə edilmiş yeyinti məhsullarının sertifikatlaşdırılması üzrə orqanlar” sözləri “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş qaydada akkre-ditasiya edilmiş qurumlar” sözləri ilə əvəz edilsin;

2.2. 1.3-cü bənddən “Sertifikatlaşdırma üzrə Milli orqanın təsdiq etdiyi” sözləri çıxarılsın;

2.3. aşağıdakı məzmunda 1.5-ci bənd əlavə edilsin:

“1.5. Yeyinti məhsullarına uyğunluq sertifikatının verilməsini “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş qaydada akkreditasiya edilmiş qurumlar həyata keçirirlər.”;

2.4. 2.1-ci bənddə “məhsulun sertifikatlaşdırılması üzrə müvafiq orqana” sözləri “uyğunluğu qiymətləndirən quruma” sözləri ilə əvəz edilsin;

2.5. 2.4-cü bənddən “, belə orqan olmadıqda isə sifariş Sertifikatlaşdırma üzrə Milli Orqana göndərilir və sifariş daxil olduğu gündən qeydə alınır” sözləri çıxarılsın və həmin bənddə “orqanlardan” sözü “qurumlardan” sözü ilə əvəz edilsin;

2.6. 2.5-ci bənddə, 2.13-cü bəndin üçüncü cümləsində, 2.15-ci bəndin ikinci cümləsində, 2.24-cü bənddə, 3.1-ci bəndin beşinci abzasında, 3.4-cü bənddə ismin müvafiq hallarında “sertifikatlaşdırma üzrə orqan” sözləri ismin müvafiq hallarında “uyğunluğu qiymətləndirən qurum” sözləri ilə əvəz edilsin;

2.7. 2.7-ci bəndin birinci abzasında “konkret məhsul növünün sertifikatlaşdırılması üzrə akkreditə olunmuş sertifikatlaşdırma üzrə orqan, belə orqan olmadıqda isə sifarişçinin iştirakı ilə Sertifikatlaşdırma üzrə Milli Orqanın nümayəndəsi” sözləri “uyğunluğu qiymətləndirən qurum” sözləri ilə, ikinci abzasında “sifarişçi tərəfindən təqdim edilmiş məhsuldan” sözləri “məhsula dair normativ sənədin tələblərinə uyğun olaraq” sözləri ilə əvəz edilsin;

2.8. 2.4-cü bənddə, 2.8-ci bəndin üçüncü abzasında, 2.12-ci bənddə, 2.13-cü bəndin birinci və ikinci cümlələrində, 2.16-cı bəndin birinci cümləsində, 2.22-ci bəndin ikinci abzasında, 2.23-cü, 3.7-ci, 4.1-ci, 4.2-ci, 4.3-cü bəndlərdə, V hissənin adında, 5.1-ci bənddə, 5.3-cü bənddə (birinci halda) ismin müvafiq hallarında “orqan” sözü ismin müvafiq hallarında “uyğunluğu qiymətləndirən qurum” sözləri ilə əvəz edilsin;

2.9. 2.14-cü bənd ləğv edilsin;

2.10. 2.16-cı bəndin birinci cümləsində “surətinin bir nüsxəsi” sözləri “surəti” sözü ilə əvəz edilsin və ikinci cümləsi çıxarılsın;

2.11. 2.17-ci bənd aşağıdakı redaksiyada verilsin:

“2.17. Uyğunluq sertifikatı sifarişçiyə verildikdən sonra uyğunluğu qiymətləndirən qurum həmin uyğunluq sertifikatına dair müvafiq məlumatları dövlət reyestrinə daxil edilməsi üçün milli akkreditasiya qurumuna təqdim edir.”;

2.12. 2.19-cu bəndin ikinci cümləsində “sertifikatlaşdırma üzrə orqanın” sözləri “uyğunluğu qiymətləndirən qurumun” sözləri ilə, “orqanın” sözü “qurumun” sözü ilə əvəz edilsin;

2.13. 3.1-ci bəndin birinci abzasında “sertifikatlaşdırma üzrə orqanlarının verdikləri sertifikatların tanınması haqqında qərarı sifarişçinin müraciəti əsasında konkret məhsulun sertifikat-laşdırılması üzrə orqanın təklifi ilə Sertifikatlaşdırma üzrə Milli Orqan qəbul edir” sözləri “uyğunluğunu qiymətləndirən qurumlarının verdikləri sertifikatların tanınmasını akkreditasiya olunmuş uyğunluğu qiymətləndirən qurumlar həyata keçirirlər” sözləri ilə əvəz edilsin;

2.14. 3.6-cı bənddə “və Sertifikatlaşdırma üzrə Milli Orqan” sözləri “, lakin uyğunluğu qiymətləndirən qurum” sözləri ilə əvəz edilsin.

 

Artur RASİ-ZADƏ
Azərbaycan Respublikasının
 Baş naziri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında