Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

№ 403

 Bakı şəhəri, 28 sentyabr 2017-ci il

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 3 aprel tarixli 94 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları”nda dəyişikliklər edilməsi haqqında

“Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının 2016-cı il 15 mart tarixli 176-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 aprel tarixli 866 nömrəli Fərmanının 1.1.4-cü yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il  3 aprel tarixli 94 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 4, maddə 440, № 11, maddə 1513; 2015, № 5, maddə 665; 2016, № 3, maddə 615, № 5, maddə 955, № 9, maddə 1563; № 10, maddə 1733; 2017, № 1, maddə 123; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 avqust tarixli 328 nömrəli qərarı) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:

1. 3.4-cü bəndin birinci cümləsindən “fəaliyyəti lisenziyalaşdırılan hallarda isə lisenziyanın nömrəsi, qüvvədə olma müddəti” sözləri “fəaliyyətinə lisenziya və ya icazə tələb olunduğu hallarda isə lisenziyanın və ya icazənin nömrəsi, əgər vardırsa icazənin müddəti” sözləri ilə əvəz edilsin.

2. 5.3-cü bəndin birinci cümləsindən “xüsusi” sözü çıxarılsın, ikinci cümləsində “xüsusi icazəsi (lisenziyası)” sözləri “icazəsi” sözü ilə əvəz edilsin.

3. 5.16-cı bənddən “xüsusi” sözü çıxarılsın.

Artur RASİ-ZADƏ,
 Azərbaycan Respublikasının
Baş naziri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında