Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı

№ 400

Bakı şəhəri, 28 sentyabr 2017-ci il

Azərbaycan Respublikası Nazirlər Kabinetinin  2012-ci il 6 dekabr tarixli 283 nömrəli qərarı ilə təsdiq edilmiş “İdxal olunmuş malların kabotaj daşınması Qaydası”nda dəyişikliklər edilməsi haqqında

 

“Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının 2016-cı il 15 mart tarixli 176-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 aprel tarixli 866 nömrəli Fərmanının 1.1.4-cü yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 6 dekabr tarixli 283 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 12, maddə 1347) ilə təsdiq edilmiş “İdxal olunmuş malların kabotaj daşınması Qaydası”nın 3.5-ci bəndində “Xüsusi icazə tələb olunan və” sözləri “İxrac nəzarəti haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən” sözləri ilə əvəz edilsin və həmin bənddən “qanunvericilikdə nəzərdə tutulmuş” sözləri çıxarılsın.

Artur Rasi-zadə
Azərbaycan Respublikasının Baş naziri

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında