Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı

№ 380       

Bakı şəhəri, 20 sentyabr 2017-ci il

“Ali təhsilin magistratura səviyyəsi üzrə ixtisasların (ixtisaslaşmaların) Təsnifatı”nın, “Rezidenturada həkim-mütəxəssis hazırlığı aparılan ixtisasların Təsnifatı”nın və “Azərbaycan Respublikası Nazirlər Kabinetinin qüvvədən düşmüş bəzi qərarlarının Siyahısı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin  2011-ci il 14 iyun tarixli 95 nömrəli qərarında dəyişikliklər edilməsi barədə

“Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli 156 nömrəli Fərmanına əsasən, Azərbaycan Respub-likası Təhsil Nazirliyinin və Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin təkliflərini nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti  QƏRARA ALIR:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 14 iyun tarixli 95 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 6, maddə 568; 2012, № 4, maddə 388, № 5, maddə 492; 2013, № 3, maddə 331, № 8, maddə 1003; 2015, № 6, maddə 787; 2016, № 3, maddə 620; 2017, № 2, maddə 289, № 3,  maddə 492) ilə təsdiq edilmiş “Ali təhsilin magistratura səviyyəsi üzrə ixtisasların (ixtisaslaşmaların) Təsnifatı”nda aşağıdakı dəyişikliklər edilsin:

1. “3. Mədəniyyət və incəsənət ixtisasları qrupu” bölməsinin “060321 Dizayn” ixtisasına “- Dizayn (sahələr üzrə)” sətrindən sonra “- Landşaft bağçılığı” sətri əlavə edilsin.

2. “4. İqtisadiyyat və idarəetmə ixtisasları qrupu” bölməsinin “060409 Biznesin idarə edilməsi” ixtisasına “- Biznes inzibatçılığı” sətrindən sonra “- Aqrobiznes” sətri əlavə edilsin.

3. “7. Kənd təsərrüfatı ixtisasları qrupu” bölməsinin “060702 Aqronomluq” ixtisasına “- Bitki anatomiyası və morfologiyası” sətrindən sonra “- Ekoloji kənd təsərrüfatı” sətri əlavə edilsin.

Artur Rasi-zadə
Azərbaycan Respublikasının Baş naziri 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında