Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

№ 365                                                                                                                                       Bakı şəhəri, 12 sentyabr 2017-ci il

“Azərbaycan Respublikası vahid büdcə təsnifatının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 6 oktyabr tarixli 149 nömrəli qərarında dəyişikliklər edilməsi haqqında

“Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2016-cı il 16 dekabr tarixli 454-VQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 30 avqust tarixli 393 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 23 dekabr tarixli 1171 nömrəli Fərmanının 1.3-cü və 1.5-ci bəndlərinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA  ALIR:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 6 oktyabr tarixli 149 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 10, maddə 866; 2006, № 3, maddə 303, № 5, maddələr 463, 468, № 8, maddə 731, № 9, maddə 822, № 11, maddə 994; 2007, № 1, maddə 50, № 10, maddə 1021, № 12, maddələr 1343, 1352; 2008, № 2, maddə 130, № 4, maddə 308, № 10, maddə 936; 2009, № 1, maddələr 22, 32, № 2, maddələr 144, 150, № 9, maddələr 736, 753; 2010, № 4, maddə 369, № 11, maddə 1048; 2011, № 1, maddə 66, № 4, maddə 365; 2012, № 9, maddə 934; 2013, № 8, maddə 1000, № 10, maddə 1202; 2014, № 1, maddələr 59, 69, № 2, maddə 201, № 5, maddə 557, № 6, maddələr 745, 747, № 9, maddə 1130; 2015, № 2, maddə 227, № 3, maddələr 328, 337, № 6, maddələr 774, 781, № 7, maddə 890, № 11, maddə 1412; 2016, № 3, maddə 595, № 4, maddələr 806, 831, № 5, maddələr 941, 955, № 8, maddə 1450, № 9, maddə 1561, № 12, maddələr 2220, 2241) ilə  təsdiq edilmiş 1 nömrəli əlavə - “Büdcə gəlirlərinin Təsnifatı”nda aşağıdakı dəyişikliklər edilsin:

1. “1.1.1.1.2.0. Muzdlu işə aid olmayan fəaliyyətdən gəlir vergisi” maddəsinə aşağıdakı məzmunda 1.1.1.1.2.3-cü yarımmaddə əlavə edilsin:

“1.1.1.1.2.3. İdman oyunları ilə əlaqədar aparılan mərc oyunlarından, lotereyaların keçirilməsindən, habelə digər yarışlardan və müsabiqələrdən pul şəklində əldə edilən uduşlardan (mükafatlardan) gəlir vergisi”.

2. “1.1.1.2.5.0. Dividendlərdən, faizlərdən, icarədən və royaltidən əldə olunan gəlirlərdən və mənbəyi Azərbaycan Respublikasının ərazisində olan digər gəlirlərdən gəlir vergisi” maddəsinin 1.1.1.2.5.1-ci yarımmaddəsi aşağıdakı redaksiyada verilsin:

“1.1.1.2.5.1. Azərbaycan Respublikası ilə digər dövlətlər arasında beynəlxalq rabitə və ya beynəlxalq daşımalar həyata keçirilərkən, rabitə və ya nəqliyyat xidmətləri üçün rezident müəssisələrin və ya sahibkarın ödəmələrindən gəlir vergisi”.

3. Aşağıdakı məzmunda 1.1.1.2.5.2-1.1.1.2.5.4-cü yarım-maddələr əlavə edilsin:

“1.1.1.2.5.2. Azərbaycan Respublikasının rezidentləri tərəfindən qeyri-rezident şəxslərə məxsus elektron pul kisəsində yaradılan hesaba pul köçürülərkən, əməliyyatı həyata keçirən yerli bank, xarici bankın Azərbaycan Respublikasındakı filialı və ya poçt rabitəsinin milli operatoru tərəfindən ödəmə mənbəyində tutulan vergi

1.1.1.2.5.3. Güzəştli vergi tutulan ölkələrdə təsis edilmiş (qeydiyyatdan keçmiş) subyektlərə rezidentlərin və qeyri-rezidentlərin Azərbaycan Respublikasındakı daimi nümayəndəlikləri tərəfindən birbaşa və ya dolayısilə edilən ödənişlərdən gəlir vergisi

1.1.1.2.5.4. Dividendlərdən, faizlərdən, icarə haqlarından, royaltidən və digər gəlirlərdən gəlir vergisi”.

4. “1.1.4.1.1.0. Azərbaycan Respublikasında mal, iş və xidmətlərə görə əlavə dəyər vergisi” maddəsinin 1.1.4.1.1.2-ci yarımmaddəsi 1.1.4.1.1.3-cü yarımmaddə hesab edilsin və aşağıdakı məzmunda 1.1.4.1.1.2-ci, 1.1.4.1.1.4-cü, 1.1.4.1.1.5-ci yarımmaddələr əlavə edilsin:

“1.1.4.1.1.2. Azərbaycan Respublikasında istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı ticarət əlavəsindən ödənilən əlavə dəyər vergisi

1.1.4.1.1.4. Elektron ticarətin satıcıları (təchizatçıları) tərəfindən işlərin və xidmətlərin təqdim edilməsinə görə qeyri-rezidentə ödəmələrdən əlavə dəyər vergisi

1.1.4.1.1.5. Elektron qaydada təşkil olunan lotereyaların, digər yarışların və müsabiqələrin keçirilməsinə görə qeyri-rezidentə ödəmələrdən əlavə dəyər vergisi”.

5. “1.1.4.3.1.0. Hüquqi şəxslər tərəfindən ödənilən sadələşdirilmiş vergi” maddəsinin 1.1.4.3.1.7-ci yarımmaddəsi 1.1.4.3.1.8-ci yarımmaddə hesab edilsin və aşağıdakı məzmunda 1.1.4.3.1.7-ci yarımmaddə əlavə edilsin:

“1.1.4.3.1.7. Mülkiyyətindəki torpaq sahələrinin təqdim edilməsini həyata keçirən hüquqi şəxslər tərəfindən ödənilən sadələşdirilmiş vergi”.

6. “1.1.4.3.2.0. Fiziki şəxslər tərəfindən ödənilən sadələşdirilmiş vergi” maddəsinin 1.1.4.3.2.7-ci yarımmaddəsi 1.1.4.3.2.9-cu yarımmaddə hesab edilsin və aşağıdakı məzmunda 1.1.4.3.2.7-ci, 1.1.4.3.2.8-ci yarımmaddələr əlavə edilsin:

“1.1.4.3.2.7. Mülkiyyətindəki torpaq sahələrinin təqdim edilməsini həyata keçirən fiziki şəxslər tərəfindən ödənilən sadələşdirilmiş vergi

1.1.4.3.2.8. Sabit məbləğ üzrə sadələşdirilmiş vergi”.

7. “1.1.4.3.3.0. Digər vergilər” maddəsi 1.1.4.3.4.0-cı maddə hesab edilsin və aşağıdakı məzmunda 1.1.4.3.3.0-cı maddə və 1.1.4.3.3.1-ci, 1.1.4.3.3.2-ci yarımmaddələr əlavə edilsin:

“1.1.4.3.3.0. Pul vəsaitlərinin nağd qaydada bank hesablarından çıxarılmasına görə ödənilən sadələşdirilmiş vergi

1.1.4.3.3.1. Hüquqi şəxslər tərəfindən pul vəsaitlərinin nağd qaydada bank hesablarından çıxarılmasına görə ödənilən sadələşdirilmiş vergi

1.1.4.3.3.2. Fərdi sahibkarlar tərəfindən pul vəsaitlərinin nağd qaydada bank hesablarından çıxarılmasına görə ödənilən sadələşdirilmiş vergi”.

8.  “1.1.4.5.2.0. Azərbaycan Respublikasına malların idxalına görə aksiz” maddəsinin 1.1.4.5.2.9-cu yarımmaddəsi aşağıdakı redaksiyada verilsin:

“1.1.4.5.2.9. İdxal olunan xəz-dəri məmulatlarına tətbiq olunan aksiz vergisi”.

9. “1.4.2.2.1.0. Məhkəməyə verilən iddia ərizələrinin və şikayətlərin, hüquqi əhəmiyyət kəsb edən faktların müəyyən edilməsi barədə ərizələrin və məhkəmə qərarları barəsində şikayətlərin verilməsinə görə, məhkəmə tərəfindən sənədlərin surətinin təkrar verilməsinə görə, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatına görə, hüquqi şəxslərin dövlət qeydiyyatı və yenidən qeydiyyatına görə” maddəsinə aşağıdakı məzmunda 1.4.2.2.1.7-ci yarımmaddə əlavə edilsin:

“1.4.2.2.1.7. Vergi öhdəliyinin əvvəlcədən müəyyənləşdirilməsi barədə qərarın qəbul edilməsinə görə”.

10. “1.4.3.1.5.0. Yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalara görə daxilolmalar” maddəsinə aşağıdakı məzmunda 1.4.3.1.5.1-ci və 1.4.3.1.5.2-ci  yarımmaddələr əlavə edilsin:

“1.4.3.1.5.1. İriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən qabarit, çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərinə dair tələblərin pozulmasına görə tətbiq edilmiş inzibati cərimələr

1.4.3.1.5.2. Yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalara görə digər daxilolmalar”.

Artur RASİ-ZADƏ
Azərbaycan Respublikasının Baş naziri 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında