Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

№ 266

 Bakı şəhəri, 20 iyun 2017-ci il

Elmi tədqiqat institutunun məşğul olmasına  yol verilən sahibkarlıq fəaliyyəti növlərinin müəyyən edilməsi haqqında

“Elm haqqında” Azərbaycan Respublikasının 2016-cı il 14 iyun tarixli 271-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 9 avqust tarixli 1009 nömrəli Fərmanının 1.1.4-cü yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA  ALIR:

Elmi tədqiqat institutlarının nizamnamələrində nəzərdə tutulmuş fəaliyyət istiqamətlərinə uyğun olaraq, məşğul olmasına yol verilən aşağıdakı sahibkarlıq fəaliyyəti növləri müəyyən edilsin:

1. təcrübə-konstruktor, elmi layihələndirmə işlərinin həyata keçirilməsi;

2. elmi nailiyyətlərin tətbiqi yolu ilə elmtutumlu məhsulların istehsalı və satışı;

3. kitabxana, nəşriyyat və kitab satışı xidmətləri;

4. məsləhət-konsaltinq xidmətləri;

5. ödənişli laboratoriya testləri və sınaq işləri;

6. layihə və müsabiqə sənədlərinin hazırlanması;

7. elmi-praktiki tədbirlərin təşkili, sistem və şəbəkə dəstəyi xidmətləri;

8. informasiya xidmətləri;

9.  sifarişlər əsasında elmi araşdırma və tədqiqatların aparıl-ması, ekspert rəyinin verilməsi;

10. elmi  tədqiqat institutunun fəaliyyət istiqamətlərinə zidd olmayan işlərin görülməsi və xidmətlərin göstərilməsi.

 Artur RASİ-ZADƏ
Azərbaycan Respublikasının Baş naziri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında