Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı

№ 251

Bakı şəhəri, 5 iyun 2017-ci il

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il   3 noyabr tarixli 439 nömrəli qərarı ilə təsdiq edilmiş “Pambıq və tütün istehsalçılarına dövlət büdcəsinin vəsaiti hesabına subsidiyanın verilməsi Qaydası”nda dəyişikliklər, edilməsi barədə

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında pambıqçılığın inkişafına dövlət dəstəyi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 22 sentyabr tarixli 2350 nömrəli Sərəncamında dəyişikliklər edilməsi barədə” və “Azərbaycan Respublikasında tütünçülüyün inkişaf etdirilməsinə dövlət dəstəyi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 5 oktyabr tarixli 2366 nömrəli Sərəncamında dəyişikliklər edilməsi barədə”  2017-ci il 2 mart tarixli 2705 və 2706 nömrəli sərəncamlarının 2.2-ci bəndlərinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA  ALIR:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 3 noyabr tarixli 439 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 11, maddə 1927) ilə təsdiq edilmiş “Pambıq və tütün istehsalçılarına dövlət büdcəsinin vəsaiti hesabına subsidiyanın verilməsi Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:

1. 1.1-ci bənddə “emal müəssisələrinə satdıqları” sözləri “pambıq və tütün emalı ilə məşğul olan hüquqi şəxslərə və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslərə (bundan sonra – tədarükçülərə) təhvil verdikləri” sözləri ilə əvəz edilsin.

2. 1.2-ci, 2.2-ci, 3.10-cu və 4.1-ci bəndlərdə “emal müəssisələrinə satdıqları” sözləri “tədarükçülərə təhvil verdikləri” sözləri ilə əvəz edilsin.

3. 3.5-ci bənddə “emal müəssisəsinə satılması” sözləri “tədarükçülərə təhvil verilməsi” sözləri ilə, 3.6-cı bənddə “Emal müəssisələri” sözləri “Tədarükçülər” sözü ilə əvəz edilsin.

4. 3.7-ci bənddə “satdığı” sözü “təhvil verdiyi” sözləri ilə əvəz edilsin.

5. 3.7.3-cü və 3.7.4-cü yarımbəndlərdə “emal müəssisəsinə satılmış” sözləri “tədarükçülərə təhvil verilmiş” sözləri ilə əvəz edilsin.

6. Qaydaya 1 nömrəli əlavə - “Ərizə” formasında “satmaq üçün istehsal etdiyim” sözləri “tədarükçülərə təhvil verdiyim” sözləri ilə əvəz edilsin.

7. Qaydaya 2 nömrəli əlavə - “Əkin sahələrinə baxış haqqında Akt”da “istehsal edib satdıqları” sözləri “tədarükçülərə təhvil verdikləri” sözləri ilə əvəz edilsin.

8. Qaydaya 4 nömrəli əlavənin adında “müəssisəsinə satılmış” sözləri “tədarükçülərə təhvil verilmiş” sözləri ilə və həmin əlavənin sonunda “müəssisəsinin” sözü “tədarükçü məntəqəsinin” sözləri ilə əvəz edilsin.

9. Qaydaya 5 nömrəli əlavə -  “Ərizə” formasında “satmışam” və “satdığım” sözləri müvafiq olaraq “təhvil vermişəm” və “təhvil verdiyim” sözləri ilə, “Ərizəyə əlavə” formasının adında “satılmış” sözü “təhvil verilmiş” sözləri ilə və cədvəlin “Pambıq və tütün alıcısının” sütununda “alıcısının” sözü “tədarükçüsünün” sözü ilə əvəz edilsin.

10. Qaydaya 6 nömrəli əlavənin adında “satılmış” sözü “təhvil verilmiş” sözləri ilə əvəz edilsin.

11. Qaydaya 7 nömrəli əlavənin adında “satdıqları” sözü “təhvil verdikləri” sözləri ilə əvəz edilsin.

12. Qaydaya 8 nömrəli əlavədə “qəbul edən müəssisə” sözləri “tədarükçüsü” sözü ilə və “qəbul edən müəssisənin” sözləri “tədarükçüsünün” sözü ilə əvəz edilsin.

Artur Rasi-zadə,
 Azərbaycan Respublikasının Baş naziri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında